Xarici mətbuat, 5 noyabr 2019

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları

1300350
Xarici mətbuat, 5 noyabr 2019

“AZƏRTAC” (Azərbaycan): Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun tabeçiliyində olan hərbi hissələrdə əsgərlərin valideynləri və yaxınları üçün “açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.

“trend.az” (Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

“kaspi.az” (Azərbaycan): Bu gün Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayır.

“Alsharq Alawast”(Səudiyyə Ərəbistanı-ingilis dilində): İraqın paytaxtı Bağdadda nümayişlər artdı və 5 nümayişçi həyatını itirdi.

“Al-Raya Al-Katariya”(Qətər)”: Livanda etiraz aksiyaları davam edir, ümumi tətil üçün çağırış edildi.

 “Al-Riyad” (Səudiyyə Ərəbistanı): İordaniya hökuməti istefa verdi.

 “El Universal” (Meksika): Meksikadakı mütəşəkkil cinayətlər: LeBaron ailəsi pusquya salındı; 9-u uşaq 12 nəfər həyatını itirdi.

 “Clarin” (Argentina): Çilidə etirazlar zamanı polis əməkdaşı 2 qadına “molotov kokteyli” ilə hücum etdilər.

“El Pais” (İspaniya):  İspaniya Kralı Felipe Kataloniyada baş verən zorakılığın və tolerantsızlığın demokratiyada yeri olmadığını bildirdi.

“Le Figaro” (Fransa): “Qlobal istiləşmə: Fransa ABŞ-ın Paris müqaviləsindən çıxmasının rəsmiləşməsini təəssürlə qarşıladı”

“Le Mond” (Fransa): “Şanxayda (Fransa prezidenti) Emmanuel Makron Çini xarici ölkələrə daha çox üz tutmağa çağırır"

 “Le Parisien” (Fransa): “İqtisadi köç: Fransa hökuməti mühacir sayına kvato ayırmaq istəyir”

“Handelsblatt.com” (Almaniya):  Kansler Merkel Hindistana səfərindən ticarət sektoru üçün konkret qərarlarla qayıtmadı.

“Deutsche Welle”: Zwikauda NSU qurbanları üçün əkilən ağacların olduğu parkı gəzən kansler Angela Merkel xalqa ultra sağçılarla mübarizə üçün çağırış etdi.

“Tagesschau.de”: Almaniya Daxili İşlər Nazirliyindən xəbərdarlıq- Özlərini ‘xalqın müdafiəsi milisi’ mənası daşıyan “Bürgerwehr” olaraq xarakterizə edən ultra sağçı qruplarda terror təhlükəsi.



Әlaqәli Xәbәrlәr