Xarici mətbuat, 31 oktyabr 2019
Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

“AZƏRTAC” (Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub.
“trend.az” (Azərbaycan): Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
“Alsharq Alawast”(Səudiyyə Ərəbistanı-ingilis dilində): ABŞ Müdafiə Nazirliyi DEAŞ-ın başçısı Bağdadinin hədəf alındığı videoçarxı nümayiş etdirdi.
“Al-Raya Al-Katariya” (Qətər)”: Livan prezidenti hökumətin istefa qərarını qəbul etdi.
“Al-Vatan” (Omman): İraqlılar hökumətin vəzifədən çıxarıldığına dair xəbər gözləyir, etiraz aksiyaları davam edir.
“El Mundo” (İspaniya): Kataloniyadakı akademiklər etiraz tətilində iştirak edə bilmələri üçün tələbələrin imtahanlarını təxirə salmağın qeyri-qanuni olduğunu bildirdilər.
“La Vanguardia” (İspaniya): Baş nazir Pedro Sançez separatçılara xəbərdarlıq etdi: “İspan demokratiyasının gücünə elə-belə baxmayın.
“El Pais” (İspaniya): Çili hökuməti davam edən etiraz aksiyaları səbəbindən Dünya İqlim Zirvəsini və Asiya-Sakit Okean Forumunu ləğv etdi.
“Le Figaro” (Fransa): “Rəsmi Vaşinqton Bağdadiyə qarşı edilən hücumun ilk görüntülərini yaydı”
“Le Mond” (Fransa): “Suriyanın şimal-şərqində Rusiyanın müdaxiləsi qarşıdurmalara mane ola bilmədi"
“Le Temps” (İsveçrə): “Cenevredə Suriyanın gələcəyi yüksək nəzarət altında formalaşır”
“t-online.de” (Almaniya): Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında Türkiyə-Rusiya birgə patrul xidmətinin başlanacağını bildirdi.
“Deutsche Welle”: ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini bir daha endirdi.
“ard.de”: Alman hökumətinə qarşı iqlim hədəflərilə əlaqəli məhkəmə işi qaldırıldı.
“RBK” xəbər saytı (Rusiya): Putin Ukrayna ilə təbii qazla bağlı mübahisələrdə absurd tələblərdən vaz keçilməsini təklif etdi.
“Kommersant” qəzeti: “Şimal axını-2” kəmərinin qarşısındakı son maneə olan Danimarka əngəli də aradan qalxdı.
“İzvestiya” qəzəti: ABŞ mətbuatında bu ölkənin Krım və Uzaq Şərqə hücum planlarından bəhs edilir.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 26 yanvar
Xarici media vasitələrində dünya gündəminə dair əks edən xəbərlərdən başlıqlar.