Xarici mətbuat, 24 oktyabr 2019
“Al Quds Al Arabi”, “Al Sharq Al Awsat”, “Al Jazeera.net”, “Deutsche Welle”, “Tagesschau.de”, “Welt.de”, “La Vanguardia”, “El Pas”, “İnfobae”, “Le Monde”, “Le Soir”, “Ria novosti”, “TASS” və “İzvestiya” bu gün nələrdən yazır?

“Al Quds Al Arabi”: İsraildə yeni hökuməti qurmaq Netanyahunun rəqibi Qantza tapşırıldı.
“Al Sharq Al Awsat”: Tramp uğurlu atəşkəsdən sonra Türkiyəyə tətbiq olunan sanksiyaları qaldırdı.
“Al Jazeera.net”: Səudiyyə Ərəbistanının yeni xarici işlər naziri silahlanma üzrə mütəxəssis, adı Xaşoqçi işində hallanan və həm də İrana qarşı sərt mövqeli biridir.
“Deutsche Welle”: Almaniya kansleri Merkel müdafiə naziri Kramp-Karrenbauerın Suriyada "Beynəlxalq təhlükəsiz bölgə" təklifinə dəstək verib.
“Tagesschau.de”: Tramp ABŞ-ın Türkiyəyə yönəlik sanksiyalarını qaldırdı.
“Welt.de”: Almaniyada kişilərin əksəriyyəti məclisdə qadın kontingenti istəmir.
“La Vanguardia” (İspaniya): Evo Morales müxalifətin seçkilərdə saxtakarlıq edildiyinə dair şikayətini "zərbə" kimi dəyərləndirdi.
“El Pas” (İspaniya): İspaniya diktaturanın son böyük rəmzi ilə vidalaşmağa : diktator Frankonun qalıqları 44 ildən sonra abidə qəbirdən çıxarılır.
“İnfobae” (Argentina): Çili İnsan Haqqları Milli İnstitutu ölkədəki etirazlarda həbs olunanların sayının 2.410 olmasını tənqid etdi.
“Le Monde”: Xalqın 40 faizinin kasıblıq həddində olan La Runion adasında Makron ictimai həqiqətlərdən qaça bilmədi.
“Le Soir” (Belçika): “Brexit” məsələsində Boris Consonun işinə gələndə baş nazir olur.
“Ria novosti”: Rusiya hərbi polisi Suriyanın Kobani bölgəsindəki strateji təpədə yerləşdi.
“TASS”: Rusiya Dünya Bankı tərəfindən illik “Doing Business-2020” (İş Əmsalı İndeksi) sıralamasında 28-ci sıraya yüksəlib.
“İzvestiya”: Rusiyanın ABŞ-dakı səfiri Amerikanı nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizəni dəstəkləməyə çağırır.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar