Xarici mətbuat, 22 oktyabr 2019
“Alsharq Alawsat”, “Al-Raya Al-Katariya”, “Al-Vatan“, “Deutsche Welle”, “Weser-Kurier.de”, “El País”, “El Mundo”, “Libération”, “Le Parisien”, “İzvestiya” və “RİA novosti” bu gün nələrdən yazır?

“Alsharq Alawsat” (Səudiyyə - İngiltərə): İsrailin baş naziri Netenyahu hökuməti qurma işlərindən imtina etdi.
“Al-Raya Al-Katariya” (Qətər): Türkiyə prezidenti Ərdoğan: “Suriyanın bir qarışını belə işğal etməyəcək və terrorçularla görüşməyəcəyik”.
“Al-Vatan“ (Oman): Livan hökuməti islahat və 2020-ci ilin büdcəsini təsdiqləyir, bəzi qurumları birləşdirir.
“Deutsche Welle”: Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Putin "Sülh çeşməsi” hərəkatı ilə bağlı danışmaq üçün Soçidə bir araya gəlir.
“Weser-Kurier.de”: 20 il sonra dəmiryolları “online” bileti yenidən kəşf edir.
“El País” (İspaniya): Frankonun qalıqları abidə məzarlığından çıxarılıb, aparılmasına 22 ailə üzvü şahid olacaq, bu əməliyyat dövlətə 63 min 61 avroya başa gəlir.
“El Mundo” (İspaniya): Pedro Sançez Barselonada ikən Sant Pau xəstəxanasının personalı "Siyasi məhbuslara azadlıq verin" dedi.
“Libération”: Makronu Hind okeanında çətin bir gündəm gözləyir.
“Le Parisien”: SNCF (Fransa Dövlət Dəmiryolları) - böhran eşiyində bir şirkət.
“İzvestiya” qəzeti: Rusiya Hava qüvvələrinə aid vertolyotlar Suriyadakı köhnə ABŞ bazasına endilər.
“RİA novosti”: Ziddiyyətli şərhlər: ABŞ Türkiyə ilə döyüşməyə hazırmı?
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar