Xarici mətbuat, 21 oktyabr 2019
Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

“AZƏRTAC” (Azərbaycan): “Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi”
“trend.az” (Azərbaycan): Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
“Alsharq Alawast”(Səudiyyə Ərəbistanı-ingilis dilində): Amerikan əsgərləri Suriyanın şimalındakı ən böyük bazasından çəkildi.
“Al-Raya Al Katariya” (Qətər): “Sülh çeşməsi” hərəkatı Suriyada bir terror ölkəsinin qurulması planlarının qarşısını aldı.
“Al-Vatan” (Oman): Livandakı etiraz aksiyaları davam edir, bunun qarşısını almaq məqsədilə yeni vergi qərarları qəbul edilmədən bəzi nazirliklər ləğv olunacaq, əmək haqları düşürüləcək.
“El Universal” (Meksika): “Chapo”nun oğlunun tutulmasından sonra Culiacan şəhərində başlayan qarşıdurmalar zamanı qaçan məhkumlara görə bəbsxana müdiri vəzifəsidən çıxarıldı.
“ABC” (İspaniya): Baş nazir Sanchez zorakılıqlar zamanı yaralanan təhlükəsizlik işçilərini ziyarət etmək üçün Barselonaya gedir. Quim Torraya "məsuliyyətlərini" xatırlatdı və katalan siyasətçisinə "zorakılığı kəskin şəkildə qınamalı” olduğunu söylədi.
“El Pais” (İspaniya): Müəllif John Le Carre: "Brexit İngiltərənin ən böyük ağılsızlığıdır"
“Le Figaro” (Fransa): “Kanada: Federal seçkilər baş nazir Castin Tryudo üçün risk altındadır”
“Le Mond” (Fransa): “Avropa miqrasiya siyasəti Afrikadan immiqrasiyanın qarşısını almır, əksinə populizmi artırır "
“Le Parisien” (Fransa): “Livan: Yüz minlərlə insan siyasətçilərin əleyhinə küçələrə axışdı”
“Bild.de”: ABŞ meteoroloqları bu qışın Almaniyada güclü yağışların yağacağını proqnozlaşdırırlar.
“Deutshce Welle.de”: Çilidəki etiraz aksiyalarında qan axıdıldı. Paytaxt Santyaqoda metro biletlərinin qiymət artımından sonra başlayan etirazlarda ən az üç nəfər həyatını itirdi.
“Süddeutsche Zeitung”: Almaniyada iqtisadiyyat digər Avropa ölkələrinə nisbətən daha yavaş böyüyür. Almaniya artıq lider deyil.
“RİA Novosti” xəbər agentliyi (Rusiya): “Akkuyu” Atom stansiyasında vəzifəli NGS personalını daşıyan servis Mersin yaxınlığında yük maşınına dəydi: 2 nəfər öldü, 11 nəfər yaralandı.
“Gazetem.ru” xəbər saytı: Rusiyanın baş naziri Dmitriy Medvedev: "Türk Axını" təbii qaz boru kəmərinin inşası bütün Avropanın xeyrinədir”.
“TASS” xəbər agentliyi: Oktyabrın 24-də Rusiyanın Soçi şəhərində Rusiya-Afrika görüşü başlayacaq.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar