Xarici mətbuat, 17 oktyabr 2019

“Alsharq Alawsat”, “Al-Raya Al-Katariya”, “Al-Mustakbal”, “Welt.de”, “Tagesschau.de”, “Deutsche Welle”, “TASS”, “RİA Novosti”, “Lenta.ru”, “France 24”, “Le Figaro”, “Le Monde”, “El Pais”, “El Mundo” və “La Vanguardia” bu gün nələrdən yazır?

1289773
Xarici mətbuat, 17 oktyabr 2019

 

Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): Yüzlərlə suriyalı kürd İraqa doğru hərəkət etdi.

Al-Raya Al-Katariya” (Qətər): Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Sülh çeşməsi” əməliyyatı silahlıların etibarlı bölgəni tərk etməsi ilə başa çatacaqdır".

Al-Mustakbal” (Livan): Pentaqon: Suriyanın şimalından 1000 ABŞ əsgəri geri çəkildi.

Welt.de”: BVF-nin bildirdiyinə görə, Almaniya bu il iqtisadi böyümədə Fransadan sonra olacaq.

Tagesschau.de”: Almaniya hökuməti Aİ komissiyası və ABŞ-ın xəbərdarlığına baxmayaraq, Havaya (Huaweiy) 5G üçün yaşıl işıq yandırdı.

Deutsche Welle”: Almaniya prezidenti Steinmeier Halledə təcavüzə uğrayan dönər kafesinin sahibinə zəng edərək başsağlığı verib.

TASS” (Rusiya): Rusiya BMT Baş Assambleyası İkinci Komitəsinin ABŞ-dan köçürülməsini nəzərdə tutan qərar layihəsi hazırlayıb.

RİA Novosti” (Rusiya): Rusiya ABŞ dövlət istiqrazlarına investisiya qoyuluşunu 800 milyon dollara qədər artırıb.

Lenta.ru”: Türkiyə ABŞ sanksiyalarına cavab hazırlayıb.

France 24”: Trampa görə, PKK DAEŞ-dən daha pisdir.

Le Figaro”: Brexit məsələsində Londonla razılığagəlmə ümidi ortaya çıxdı.

Le Monde”: Müstəqillik tərəfdarı olan başçılar cəza aldıqdan sonra Kataloniyada Azadlıq Yürüşü keçirilib.

El Pais" (İspaniya): Katalonyada yeni bir şiddət gecəsi: maşınlar atəşə verildi, yerli hüquq-mühafizə qüvvələrinə hücumlar edildi.

El Mundo” (İspaniya): Murciada cənnətdən qəbiristanlığa: son zamanlar həddindən artıq yağan yağışlar çirklilik, kənd təsərrüfatı dərmanları, şəhərsalma tonlarla ölü balıq və dəniz canlısının sahillərə vurmasına səbəb olub.

La Vanguardia” (İspaniya): Meksikadakı Popocatepetl vulkanında yeni bir partlayış oldu.



Әlaqәli Xәbәrlәr