Xarici mətbuat, 10 oktyabr 2019
Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

“AZƏRTAC” (Azərbaycan): Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərat çayının şərqində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı plana uyğun davam edir.
“trend.az” (Azərbaycan): Türkiyə Hərbi Qüvvələri Suriyada yeni hərbi əməliyyatlara başlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü bəyan edib.
“Alsharq Alawast”(Səudiyyə Ərəbistanı-ingilis dilində): Rəsmi Bağdad yas elan edərək və ıslahatlarla xalqın qəzəbini yatızdırmağa cəhd göstərir.
“Al-Raya Al Katariya” (Qətər): Türkiyə: Suriyanın şimalında “Barış pınarı” əməliyyatını başlatdı.
“Al-Vatan” (Oman): İran nəhəng təbii qaz qayağı kəşf etdiyini və sərhəddə hərbi təlimə start verdiyini açıqladı.
“La Jornada” (Meksika): Etirazlar səbəbindən Ekvator dövlət başçısı Moreno müxalifət ilə müzəkirələr aparmaq istəyir.
“Clarin” (Argentina): ABŞ-lı Demokrat Co Baydın Trampın vəzifədən kənarlaşdarılması üçün başlanan prosesi dəstəkləyir.
“El Pais” (İspaniya): İspaniya hökuməti diktator Frankonun qalıqlarının daşınması zamanı ədliyyə tibb mütəxəssilərindən birini vəzifələndirəcək.
“France 24” (Fransa): “Türkiyə Suriyanın şimal-şərqində quruda əməliyyat başlatdı”
“Le Mond” (Fransa): (Almaniyada) “Türklərə məxsus restoranlardan birinə və sinaqoqa hücum: “Halle şəhərində radikal sağçılar cox güclüdür””
“Le Parisien” (Fransa): “Parisin Polis Müdirliyinə hücum: Polisi ürəyindən vurdular”
“Tagesschau.de”: Partiya və məscitlərə ultra sağcı təhdid məktublarından sonra polis dörd əyalətdə genişmiqyaslı əməliyyat başlatdı.
“Deutshce Welle.de”: Almaniyada sinaqoqa radikal sağçıların hücumu şok yaratdı
“Welt.de”: Almaniya Yəhudilər Mərkəzi Şurası polisi tənqid etdi- “Jom Kippur” bayramında sinaqoqun polis tərəfindən qorunmaması biabırçılıqdır.
“RİA Novosti” xəbər agentliyi (Rusiya): İranda azadlığa buraxılan rus jurnalist Yuliya Yuzik Moskvaya getdi.
“Lenta.ru” xəbər saytı: (Ukrayna dövlət başçısı) Zelenski və (Almaniya kansleri) Merkel (Rusiya prezidenti) Putin ilə görüş keçirmək üçün şərtlərin yerinə yetirildiyini söylədi.
“TASS” xəbər agentliyi: Ərdoğan Suriyada əməliyyat həyata keçirilməsinin Türkiyənin haqqı olduğunu söylədi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 20 yanvar
Xarici media vasitələrində Türkiyə və dünya gündəminə dair əks edən bəzi xəbərlərdən başlıqlar.