Xarici mətbuat, 7 oktyabr 2019
“Alsharq Alawsat”, “Al-Raya Al Katariya”, “Al Mustakbal”, “Le Figaro”, “Le Parisien”, “Le Monde”, “La Vanguardia”, “El Pais”, “Deutsche Welle”, “Spiegel Online.de”, “Bild.de”, “Kommersant”, “İzvestiya”, “TASS” bu gün nələrdən yazır?

“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): İraq siyasi vəziyyətin dəyişməsindən narahatlıq keçirir.
“Al-Raya Al Katariya” (Qətər): İraqdakı nümayişlər ölkəni xaosa aparmayacaq.
“Al Mustakbal” (Livan): İraq Daxili İşlər Nazirliyi: “Nümayişlərdə 104 nəfər ölüb, 6 mindən çox adam yaralandı”.
“Le Figaro”: Fransızların 75 faizi evlərində əkinçilik dərmanı istifadə edir.
“Le Parisien”: Emmanuel Makron niyə qaçqınlar mövzusundan bu qədər bəhs edir?
“Le Monde”: İqtidar partiyası Fransa parlamentində müzakirəyə qoyulacaq qaçqınlar mövzusundan narahatdır.
“La Vanguardia” (İspaniya): Sosialist Antonio Kosta 6 oktyabrda Portuqaliya seçki qutularından baş nazir olaraq çıxdı.
“El Pais” (İspaniya): İspaniyada otelçilər turizmə sabitlik təmin etməyən bəzi vergi tətbiqlərindən şikayətçidirlər.
“Deutsche Welle”: Almaniyanın şərqindəki Svikau (Zwickau) şəhərində həddindən artıq sağçı terror təşkilatı NSU-nun türk qurbanı xatirəsinə tikilən ağac hücuma uğradı. Hökumət və bələdiyyə sədri bu hərəkəti qınadı.
“Spiegel Online.de”: İngiltərənin HSBC bankı 10 min çalışanın işinə son qoyacaq.
“Bild.de”: "Extinction Rebellion" - Ətraf Mühit Qrupu oktyabrın 7-də Berlin yollarını xaosa çevirəcək.
“Kommersant”: ABŞ prezidenti Donald Trump və vəkili Rudi Culiani (Rudi Giuliani) ilə bağları olan iş adamları Ukraynanın “Naftogaz” şirkətinin rəhbərliyini dəyişdirməyə çalışdı.
“İzvestiya”: Hindistanın Su-30MKI döyüş təyyarələrinin müasirləşdirmək üçün Rusiya ilə müzakirə apardığı öyrənildi.
“TASS”: Rusiya prezidenti Vladimir Putin 67 yaşını təbiət qoynunda yaxınlarıyla birlikdə qeyd edəcək.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 15 yanvar 2021
Xarici mətbuat və veriliş orqanlarında gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar