Xarici mətbuat, 2 oktyabr 2019

“Al Sharq Al Awsat”, “Al-Quds Al-Arabi”, “Al-Hayat”, “Le Parisien”, “Le Monde”, “Le Figaro”, “El Mundo”, “La Republica”, “Expansin”, “Weser-Kurier.de”, “Lenta.ru”, “İzvestiya” bu gün nələrdən yazır?

1280375
Xarici mətbuat, 2 oktyabr 2019

 

“Al Sharq Al Awsat”: İraqdakı etirazlarda onlarla ölü və yaralı var.

“Al-Quds Al-Arabi”: Avstraliyalı bir adam pasportuna doğum yerinin Fələstin olaraq yazılması üçün şikayət etdiyi məhkəmədə haqqını qazandı.

“Al-Hayat”: İran Avropa üzərində təzyiqi artırır və nüvə öhdəliklərini azaltmaq üçün qeyri-adi addım atır.

“Le Parisien” (Fransa): Qəhrəman ikən, bir heçə döndük: yorğun polislərin “qəzəb yürüyüşü".

“Le Monde" (Fransa): 108 tanınmış adam Fransadakı xəstəxanalar üçün təcili vəziyyət planı tələb edir.

“Le Figaro” (Fransa): Rəsmi Ankara Makronun "həddini aşan təcavüz”ünə sərt reaksiya göstərdi.

“El Mundo” (İspaniya): İspaniyanın baş naziri Pedro, Sançez Kataloniyada gərginlik artarsa, Milli Təhlükəsizlik Haqqında Qanunu qüvvəyə mindirməyə hazır olduğunu bildirib.

“La Republica”: Peru yeni konqres üzvlərini müəyyənləşdirmək üçün 26 yanvar 2020-ci ildə seçkilərə gedir.

“Expansin” (İspaniya): Ekvador 2020-ci ildə Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) ayrılacaq.

“Weser-Kurier.de”: Bremen və Aşağı Saksoniya əyalətində “Məscidlərə açıq qapı günü” oldu.

“Lenta.ru”: Donbas Kiyevin imzaladığı "Steinmeyer formulu”na reaksiya göstərdi.

“İzvestiya” qəzeti: Suriyada Rusiyanın S-500-ü test edildi.



Әlaqәli Xәbәrlәr