Xarici mətbuat, 1 oktyabr 2019
Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

“AZƏRTAC” (Azərbaycan): “Avropa Şurası Nazirlər Komitəsinin sədri: Məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdırlar”
“trend.az” (Azərbaycan): Qafqaz Qartalı - 2019” təliminin planına əsasən Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri gecə vaxtı gizli və müxtəlif yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızıblar.
“Alsharq Alawast”(Səudiyyə Ərəbistanı-ingilis dilində): ABŞ Suriya həbsxanasında olan 128 min məhkumun sərbəst buraxılmasını istədi.
“Al-Raya Al-Katariya” (Qətər): “Prezident Ərdoğan: Xaşoqçinin qatillərinin cəzalandırılması boynumuzun borcudur”
“Al-Vatan” (Omman): İraq ilə Suriya arasındakı sərhəd-keçid məntəqəsi yenidən istifadəyə verildi.
“La Tercera” (Çili): Çilidə son 5 gündə 4 güclü zəlzələ baş verdi. Yeraltı təkanlar arasında əlaqə varmı?
“La Jornada” (Meksika): Tramp: Bəni vəzifədən kənarlaşdırsalar vətəndaş müharibəsi baş verər”
“El Pais” (İspaniya): İspaniyadakı Kataloniya bölgəsinin müstəqilləşdirilməsi prosesinə dair məhkəmə prosesi əvvəlində seperatçılar 2018 referendumunun ildönümündə nümayiş keçirdilər.
“Le Mond” (Fransa): Afina 2020-ci ilin axırınadək 10 min qaçqını Türkiyəyə geri göndərmək istəyir.
“France 24” (Fransa): “Kommunist Çin 70-ci ilini qeyd etdi, Honq-Konqda “Qəzəb günü”
“Le Parisen” (Fransa): Dünyanın böyük və anonim adları dünyasını dəyişən Fransanın sabiq prezidenti Jak Şirak için toplaşdı.
“RİA Novosti” rus xəbər agentli: Bir çox rus bankı ev kreditini düşürür.
“Lenta.ru” xəbər saytı: Rusiyada çox danışılan “balkonda siqaret çəkmə ilə əlaqədar qadağan qərarı”
“TASS”: Belarusiya ərazilərində bir rus hərbi bazasının qurulmasının mənasız olduğunu bildirdi.
“Zeit Online” : “Yunanıstan qaçqınları sürətli şəkildə ölkədən çıxarmaq istəyir”
“Süddeutsche.de”: Almaniya Fessenhaymda olan mübahisəli fransız bir şirkət tərfindən işlədilən atom elektirik stansiyasının hər iki reaktorunu iyun 2020-ci ilədək bağlamaq istəyir. Şirkətə yüksək miqdarda təzminat ödənəcəyi nəzərdə tutulur.
“DW”: Thüringen Əyalət Məclisində qurulan ikinci NSU araşdırma komissiyası hesabatını ictimaiyyətə açıqladı. Hesabatda ikinci NSU təşkilatının təhlükəsizlik qüvvələrinin laqeydlikləri səbəbindən gün işığına çıxarıla bilmədiyi vurğulandı.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 22 yanvar 2021
Dünya mətbuat və veriliş orqanlarında gündəmə dair əks edən bəzi xəbərlərin başlıqları