Xarici mətbuat, 30 sentyabr 2019
Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

“AZƏRTAC” (Azərbaycan): ABŞ-ın Nyu-York şəhərində Türkdilli diasporların potensialının təkmilləşdirilməsi üzrə təlim proqramı təşkil edilib. Proqram Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib.
“trend.az” (Azərbaycan): Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.
“Alsharq Alawast”(Səudiyyə Ərəbistanı-ingilis dilində): Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Bin Salman: Neft obyektlərinə edilən hücum İran tərəfindən edilən bir hərb hərəkətidir.
“Al-Raya Al-Katariya” (Qətər): İsraildə hökuməti formalaşdırma fəaliyyətləri uğursuzluqla nəticələndi.
“Al-Mustakbal” (Livan): Türkiyə Suriya sərhədində pilotsuz uçuş aparatını düşürdüyünü açıqladı.
“Bild.de” : Sebastian Kurz Avstriya seçkilərində özünün belə təxmin etmədiyi çox səs nisbətilə qələbə qazandı.
“Süddeutsche.de”: ABŞ-ın sabiq prezidenti Barak Obama Almaniyanın Münhen şəhərindədir. Obama bu dəfə də Oktyabr bayramında (Oktaberfest) iştirak etməyəcəyini açıqladı.
“DW”: Suriya böhranı: Konstitusiya Komitəsi 30 oktyabrda yığıncaq keçirəcək. Suriya üçün BMT-nin vasitəçiliyində təşkil edilən konstitusiya komitəsinin ilk yığıncağını 30 oktyabrda keçirəcəyi planlaşdırılır. Komitə ölkədə davam edən vətəndaş müharibəsinə siyasi həll tapılmasını hədəf götürüb.
“Telesur” (Venesuela): Venesuela hökuməti Perudakı vətəndaşlarına istiqamətli xarici düşmənciliyi hərəkətlərini rədd etdi.
“Infobae” (Argentina): Kolumbiya dövlət başçısı İvan Duque Venesuelada diktatör olaraq təsvir etdiyi hökumətə qarşı mübarizədə səbrin davam etməsini istədi.
“El Pais” (İspaniya): “İspaniya ölkədəki siyasi böhrana görə Avropa İttifaqında gücünü itirir”
“Le Figaro” (Fransa): Əmmanuəl Makron (İsvəçli aktivist) Qrəta Thunbərqi “ictimaiyyətləri qızışdırmaqda” ittiham ədir.
“Le Mond” (Fransa): Jak Şirak xatirəsinə təşkil edilən milli matəm günün ilə əlaqədar bilinməsi vacib olanlar
“France 24” (Fransa): “Jak Şirak, fransızlar və ziddiyyətləri”
“Le Parisen” (Fransa): Marine Le Pen Şak Şirak xatirəsinə keçiriləcək mərasimdə iştirak etməkdən imtina etdi.
“Kommersant” rus qəzeti: “Rusiyada bütün meşə yanğınları söndürüldü”
“Lenta.ru” xəbər saytı: Norveçdə Rusiyanın xüsusi təyinatlıları müəyyən edildi.
“TASS”: yapon dənizində Rusiyanın sərhəddəki hissələrinə hücumla bağlı məhkəmədə Şimali Koreyadan 10 balıqçı həbs edildi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 20 yanvar
Xarici media vasitələrində Türkiyə və dünya gündəminə dair əks edən bəzi xəbərlərdən başlıqlar.