Xarici mətbuat, 26 sentyabr 2019

Xarici mətbuat və veriliş orqanlarında Türkiyə və dünya gündəmindəki mövzulara dair əks edən başlıqlar:

1276724
Xarici mətbuat, 26 sentyabr 2019

525.az(Azərbaycan):ABŞ Ədliyyə Nazirliyi: "Trampla Zelenskinin danışığında qanun pozuntusu olmayıb".

Report.Az: Avropa Şurası Rusiyanı 10 milyon avro kompensasiyanı Gürcüstana dərhal ödəməyə çağırıb.

Tagesschau.de: Thomas Cookun Böyük Britaniyada müflüs olduğunu açıqladıqdan sonra gözlər Almaniyaya çevrildi. Almaniyanın himayəsində olan Tomas Cook Neckermann, Öger Tur, Marin air və Bucher Reisen da iflasını elan etdi.

Industriemagazin.at (Avstriya): Almaniyada yenidən Bərpa olunan enerji nisbəti ümumi istehsalda 50% -ə qədər artdı.

Weser-Kurier.de: Almaniya, Ukraynaya böhran başlayandan bəri 1,4 milyard avro yardım etdi.

El Pais (İspaniya): İspaniya və Yunanıstan Paris və Berlinin başçılıq etdiyi immiqrasiya bölgüsü layihəsinə etiraz edir. Layihənin yalnız İtaliyanın problemlərinin həllini məqsəd götürdüyü nəzərindən müdafiə edirlər.

El Mundo (İspaniya): Ali Məhkəmənin Frankonun məzarının  başqa yerə köçürülməsinə dair qəbul etdiyi qərardan diktatorun nəvəsi ölülərlər ilə münasibət yalnız qorxaqların işidir, deyə etirazını bildirib.

La Vanguardia (İspaniya): Kolumbiya Prezidenti İvan Duque, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş məclisində etdiyi çıxışında Venesuela hökumətini ELN terrorçular və narkotik kartelləri ilə əməkdaşlıq etməkdə ittiham etdi.

Ria Novosti: Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov onunla görüş keçirmik istəyir.

TASS: Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonda baş tutan danışığı yazılı mətn olaraq ictimaiyyətlə bölüşməkdə hazır olduğunu bildirib.

İzvestiya: Rusiyanın Azur-Hava Yollarına məxsus Boeing 767-300 təyyarəsinin Barnaul hava limanına sərt eniş etməsi nəticəsində yaralananların sayı 56 nəfərə yüksəldi.

Əl-Qüds Əl-Ərəbi: Amerikan MSNBC telekanalı ABŞ prezidenti Donald Tramp-ın canlı çıxışını dayandıraraq "Üzr istəyirik, prezident yalan danışır" dedi.

Əl-Vətən: Prezident Rəcəb Tayyib Ərdoğan, BMT Baş Məclisinin iclasında ABŞ Prezidenti Tramp ilə görüşdü.

Əl-Şərq Əl-Avsat: Riyad və Vaşinqton Amerika müdafiə qüvvələrinin Səudiyyə Ərəbistanına göndərilməsini müzakirə etdilər.

Le Monde: Donald Tramp özünün vəzifədən azad edilməsi ilə bağlı istintaq başladılması tələbinə qarşı mübarizə başlatdı.

Le Figaro: İngiltərənin Baş naziri Boris Johnsonun parlamentə qayıtması problemli oldu,

Le Soir (Belçika): Sosial Müdafiə Təşkilatının kəsiri 2024-cü ilə qədər 6,4 milyarda çatacaq.



Әlaqәli Xәbәrlәr