Xarici mətbuat, 23 sentyabr 2019-cu il
Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

AZƏRTAC: "Rəcəb Tayyib Ərdoğan: Türkiyənin ABŞ-la qarşı-qarşıya gəlmək arzusu yoxdur"
Trend İnformasiya Agentliyi: "Çin Rusiya ilə əlaqələri gücləndirmək niyyətindədir"
apa.az : "Ən təmiz havası olan ölkələrin reytinqi açıqlanıb"
"Alsharq Alawsat" (Səudiyyə Ərəbistanı): "ABŞ prezidenti Tramp: "BMT-də iranlı rəsmilərlə danışıqlar aparmaq planımız yoxdur".
"Al-Raya Al-Katariya" (Qətər): "BMT Qəzzadakı humanitar vəziyyətin daha da ağırlaşması ilə əlaqədar xəbərdarlıq etdi"
"Əl- Vətən"(Oman): "Oman xarici işlər naziri Bin Ələvi Nyu-Yorkda iranlı həmkarı Zərif ilə görüşdü"
" El Pais" (İspaniya): "İspaniya Böyük Britaniyadan bərabər hüquqa əsaslanan bir münasibət görməsə, ölkədə yaşayan Britaniya vətəndaşlarının haqlarını ləğv edəcək"
"La Vanquardia" (İspaniya): "İspaniya Mülki Müdafiə Qurumu zorakılıq aktları planlaşdırmaqda ittiham olunan müstəqillik tərəfdarı olan doqquz katalonu həbs etdi"
"Handelsblatt.De": "Türkiyə qaçqın müqaviləsində istədiyi dəyişiklikləri əldə etdi"
"Bild.de": "Böyük Briyaniyanın səyahət nəhəngi "Tomas Kuk" müflis oldu. Vəziyyətdən aralarında on minlərlə almanın olduğu çox sayda turistin əziyyət çəkəcəyi bildirilir"
"Deutsche Welle": "BMT: "Ən isti 5 illik dövrü yaşayırıq. BMT iqlim sammitindən əvvəl dərc olunan hesabat 2015-2019-cu illərin tarixdəki ən yüksək temperaturuna malik 5 illik dövr olduğunu ortaya qoydu"
"Le Parisien": "Tomas Kuk"un iflası: 600.000 turistin ölkələrinə qayıdışı təmin olunmalı, 22.000 iş yeri təhlükədədir"
" Le Fiqaro": "Fransa xarici işlər naziri Le Drian Vaşinqton ilə Tehran arasındakı gərginliyi BMT-də azaltmaq istəyir"
"Le Soir" (Belçika): "Avropa avtomobil sənayesi müqaviləsiz "Brexit"in olması vəziyyətində "bir zəlzələ" olacağından narahatdır"
"RİA Novosti" agentliyi: "Rusiyada 2020-ci ildə dövlət idarəçiliyi sahəsində islahat tətbiq olunacaq: "Dövlət məmurlarının sayı ciddi şəkildə azalacaq, qalanların maaşları artacaq"
"İzvestiya"qəzeti: "ABŞ generalı Ben Hoces (Ben Hodges) Rusiyanın Qara dənizdəki NATO təlimlərinə mane olmasından şikayət edir"
"Lenta.ru" xəbər saytı: "Rusiya Müdafiə Naziri Sergey Şoyqu Kiyev və Moskvanın yaxşı qonşular olaraq sülh şəraitində yaşayacağına inanır"
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 22 yanvar 2021
Dünya mətbuat və veriliş orqanlarında gündəmə dair əks edən bəzi xəbərlərin başlıqları