Xarici mətbuat, 5 sentyabr 2019

Xarici mətbuatda əks edən Türkiyə və dünya gündəmindəki mövzu başlıqları

1264011
Xarici mətbuat, 5 sentyabr 2019

Report.Az: Yunanıstan İngiltərədən Parfenon heykəllərinin geri qaytarılmasını

tələb edir

525-ci qəzet: Ruhani: “Uranın zənginləşdirilməsi üçün ehtiyac olan hər şeyi edəcəyik”

Əl-şarq əl-avsət: Suriyanın şimal-şərqindəki İran hədəfinə "müəmmalı hücum" təşkil edilib.

Əl-cəzirə Tv: Misirin eks prezidenti mərhum Məhəmməd Mursinin ən kiçik oğlu Abdullah Mursi həbsxanada infarktdan həyatını itirdi.

Əl-Qüds Əlarabi: İsrail Baş naziri Binyamin Netanyahu “Zaman İranla müzakirə vaxtı deyil”

Le Monde: Human Rights Watch təşkilatının verdiyi məlumata görə, Hautes-Alpes bölgəsində (Hündür Alplar) immiqrantlara dəstək verən döyüşçülər polis tərəfindən narahat edilir.

Le Parisien: Parisdə məskən qiymətlərinin bahalı olması səbəbinə görə ailələr şəhərin kənar məhəllələrinə köçürlər.

Le Soir: Böyük Britaniyada millət vəkilləri Baş nazirin növbədənkənar seçki tələbinə müsbət yanaşmırlar.

El Pais: 50.000 İspaniyalı şagird yeni tədris ilinə prefabrik ( quraşdırılmış) məktəblərdə başlayacaq.

El Mundo: İspaniyada 11 gündür itkin düşən keçmiş dağ xizəkçisi Blanca Fernández Ochoanın meyidi tapıldı. Polis idmancının ölüm səbəbinin qəza olduğunu düşünmür.

Spiegel.de: İngiltərə hökuməti müqaviləsiz Brexit qanununu bir daha əngəlləmək istəmir.

Frankfurter Allgemeine Zeitung: Almaniyada faiz dərəcələri tarixin ən aşağı səviyyəsindədir. Lakin banklar üçün bu o qədər də ürəkaçan deyil. Köhnə investisiya sistemlərdən imtina etməyən müştərilər yeni investisiya sahələrinə təmkinlə yanaşırlar.

Zeit.de: Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin də nüvə silaha sahib olmasının vacibliyinə toxunub.

TASS: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaharova: AB-nin Rusiya əleyhinə sanksiya tədbiqinə son qoymamasından ən çox Brüssel təsirlənəcək.

Lenta.ru xəbər saytı: Rusiya sərhədində ABŞ xüsusi təyinatlılarına məxsus gizli hərbi baza aşkarlanıb.



Әlaqәli Xәbәrlәr