Xarici mətbuat, 2 sentyabr 2019

Xarici mətbuat və veriliş orqanlarında Türkiyə-dünya gündəminə dair əks edən mövzulardan  başlıqlar

1262067
Xarici mətbuat, 2 sentyabr 2019

Qafqaz info (Azərbaycan): “Dorian” qasırğasının yaxınlaşması ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edildi.

Yeni Müsavat(Azərbaycan): İran Avropaya möhlət verdi. Avropa ölçü götürməsə, İran nüvə sazişinə dair öhdəliklərindən imtina edə bilər.

Əl-şərq Əl-avsat (Səudiyyə-İngilis): "İsrail və Hizbullah arasında məhdud gərginlik"

Əl-Raya Əl-Qətəriyə (Qətər): "ABŞ-ın hücumları nəticəsində Suriyanın İdlib bölgəsində 45 nəfər həyatını itirdi"

Əl-Hayat (Livan): Livanın Baş naziri Əl Həriri ABŞ-dan və Fransadan ölkənin cənubundakı gərginliyin sona çatmasına töhfə verəcək addımlar atmalarını tələb edib.

Le Temps (İsveçrə): Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Qrenlandiyada müstəqillik tərəfdarlarını həyəcanlandırır.

Le Monde: Almaniyada keçirilən iki məhəlli seçkidə irqçilər qalib gəldi.

Le Figaro: Hizbullah və İsrail ordusu arasında qarşıdurma baş verdi.

Bild.de: Prezident Rəcəb Tayyib Ərdoğan ilə bağlı təhqiramiz şerlər deyən Jan Böhmermann Alman Sosial Demokrat Partiyasının (SPD) sədrliyinə namizəd oldu, ancaq partiya ona kifayət qədər dəstək vermədi.

Spiegel.de: Almaniyanın irqçi partiyası olan “Almaniya üçün Alternativ” Saksoniya və Brandenburqda keçirilən dövlət seçkilərində uğur qazandı.

Süddeutsche Zeitung: Qrenlandiyada hava istiliyi rekord hesab edilən 3,6 dərəcəyə yüksəldi.

La Vanguardia (İspaniya): Baş nazir Pedro Sançes bu gün partiyasına yeni seçkinin qarşısını almaq üçün atılacaq addımlar barədə məlumat verəcəkdir

La Nación (Argentina): Argentinada banklar da daxil olmaqla bütün şirkətlər Mərkəzi Bankdan icazə almazdan valyuta satın ala bilməyəcəklər.

Rusiya İnternet portalı lenta.ru: ABŞ dövlət departamenti Rusiya mediasında ABŞ qüvvələrinin Suriyanın İdlib bölgəsinə hücumuna dair xəbərlərə reaksiya verdi.

Rusiyanın "İzvestiya" qəzeti: Moldova Prezidenti İqor Dodon, Rusiyanın paytaxtı Moskvaya işgüzar səfər reallaşdırdı.

TASS Xəbər Agentliyi: Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı Dariga Nazarbayeva Qazaxıstan Senatının rəhbəri təyin edildi.   



Әlaqәli Xәbәrlәr