Xarici mətbuat, 22.08.2019

“RİA Novosti”, “Lenta.ru”, "Nezavisimaya qazeta", “Libération”, “France 24”, “Le Temps”, “El Mundo”, “La Vanguardia”, “Alsharq Alawsat”, “Al-Raya Al-Katariya”, “Al-Hayat” bu gün nələrdən yazır.

1256460
Xarici mətbuat, 22.08.2019

 

RİA Novosti” xəbər agentliyi: Rusiya kosmosa ilk dəfə Fyodor adlı insan-robot göndərdi. Fyodor uçmazdan əvvəl Yuri Qaqarinin məşhur "Gedək! Gedək!" (Let's Go!) sözlərini işlətdi.

Lenta.ru” xəbər saytı: Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın G-7-ə dönmə ehtimalını şərh etdi: "Bu 5 il içində dəyişən bir şey olmadı. Rusiya əvvəl Krımı geri versin."

"Nezavisimaya qazeta": İngiltərənin bir telekanalı Rusiya prezidenti Vladimir Putin üç hissəli sənədli film çəkməyə hazırlaşır. Filmin adı "Putin: bir Rusiya agentinin hekayəsi"dir.

Libération”: Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp ölkəsindəki mühacir uşaqların həbs olunmalarına icazə verəcək.

France 24”: Fransanın paytaxtı Parisdə İngiltərənin baş naziri Boris Consonu qəbul edən ölkə prezidenti Emmanuel Makron ondan “Brexit”lə bağlı ayrıntılar gözləyir.

Le Temps” (İsveçrə) : Amerika Birləşmiş Ştatları mərkəzli internet ticarət və bulud informasiya şirkəti olan “Amazon”, dünyanın ən böyük yarımkeçirici firması “İntel” və proqram nəhəngi “Microsoft” avtomat silahların inkişaf etdirilməsinə yardım etməkdə təqsirləndirilir.

El Pais” (İspaniya): İspaniyanın koalisiya səyləri: İspan Sosialist İşçi Partiyası (PSOE) və sol partiya Podemos arasında bağlar qopur, amma bu vəziyyət muxtariyyətlə bağlı razılaşmalara təsir etməyəcək.

El Mundo” (İspaniya): Aralıq dənizində qaçqınları aparan gəmi – “Open Arms” böhranından sonra sırada “Ocean Viking” var. Göyərtəsində 365 mühacir olan Sərhədsiz Həkimlər Təşkilatınbın gəmisi 13 gündür Avropa diametrində qalıcı bir həll gözləyir.

La Vanguardia” (İspaniya): Amazonlar yanır: Braziliyanın ən böyük şəhəri Sao Paulo 21 avqustdan ölkədə minlərlə kilometr kənarda davam edən meşə yanğınları üzündən qaranlıq dumanlara büründü.

Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): Fransa prezidenti Emmanuel Makron G-7 Zirvə Toplantısından əvvəl nüvə müqaviləsi mövzusunu müzakirə etmək üçün İran səlahiyyətlilərilə görüşdü.

Al-Raya Al-Katariya” (Qətər): Birləşmiş Ərəb Əmrliklərinin gizli hesabatında Səudiyyə Ərəbistanının müdafiə sistemlərinin husilərin hücumları qarşısında yetərli olduğu bildirilir.   

Al-Hayat” (Livan): Yunanıstan rəsmi Vaşinqtonla olan əlaqələrini təhlükəyə atmamaq adına İran tankerinə yardım etməyəcək.   



Әlaqәli Xәbәrlәr