Xarici mətbuat, 19 avqust 2019
Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

“AZƏRTAC” (Azərbaycan): “Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya 600 milyon 894 min dollar dəyərində məhsul ixrac edib”.
“trend.az” (Azərbaycan): “Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub”.
“Al-Raya Al-Katariya” (Qətər): “Səudiyyə Ərəbistanının hava limanları dünyanın ən pis limanlarıdır”
“Al-Sharq Al Awsat”: “Türkiyədən Suriyanın İdlib bölgəsinə istiqamətli hərbi seçimə eyham…və İranın “təhlükəsiz bölgə” naharatlığı”
“Alquds Alarabı”: “İsrailin baş naziri Binyamin Netanyahu Qəzzaya böyük bir hərbi əməliyyat başladacağına dair təhdid edir”
“Le Parisien” : “Macron-Putin: Aradakı buzlar necə əriyəcək?”
“Le Mond” (Fransa): “Macron-Putin arasında yaxınlaşma siqnalı”
“Le Figaro” (Fransa): “Fransa Open Arms gəmisindəki qaçqınlardan 40-nı qəbul edəcəyini açıqladı””
“Əl Pais” (İspaniya): İspaniya miqrantları daşıyan Open Arms gəmisinə öz limanlarını açır, amma qeyri-hökumət təşkilatları oraya çatmağın qeyri-mümkün olduğunu düşünür.
“ABC” (İspaniya): Kanar adalarındakı yanğında indiyədək 3400 hektar meşə sahəsi kül oldu, 5 min nəfər ev-eşiyini tərk etmək məcburiyyətində qaldı.
“La Vanguardia” (İspaniya): Əgər Argentina Krichnerizmə qayıtsa Braziliya Mercosurdan (Cənubi Amerika ölkələrinin ticarət təşkilatı) çıxmaqla təhdid edir.
“Deutsche Welle”: Yəhudilər Mərkezi Şurası AfD-yə xəbərdarlıq etdi. Yəhudilər Mərkəzi Şurasının sədri Cozef Şuster Almaniya üçün Alternativ (AfD) Partiyasının ultura sağ ilə ortaya qoyduğundan daha güclü əlaqələri olduğu barədə xəbərdarlıq etdi.
“Franfurter Allgemeine Zeitung (FAZ)”: ABŞ prezidenti Donald Tramp rəsmi Çinə Honqkonkdakı zorakılıq barədə xəbərdarlıq etdi.
“Süddeutshe Zeitung”: Federal hökumət pilotsuz uçuş aparatlarına qarşı hava limanlarının təhlükəsizliyini artırmağı planlaşdırır.
“RBK” xəbər saytı: İngiltərədə bir araşdırma qrupu Rusiyanın 2014-cü ildə Ukraynanın şərqindəki toqqaşmalara qatıldığına dair peyk görüntülərini əldə etdi.
“Lenta.ru” xəbər saytı: Rusiyaya ən çox borcu olan ölkələr açıqlandı. İlk üç yerdə Belarus, Ukrayna və Venesuela qərarlaşıb.
“İzvestiya” qəzeti: Rusiya Dəniz Donanmasının təlim müddəti NATO qüvvələrinin etirazları və mənfi hava şərtləri səbəbindən uzanıb.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar