Xarici mətbuat, 8 avqust 2019

Xarici media bu gün nələrdən yazır?

1250176
Xarici mətbuat, 8 avqust 2019

“Al-Hayat” (Livan): Türkiyə Amerika səlahiyyətlilərilə Suriya mövzusunda görüşlərin razılaşma ilə sonlandığından bəhs edir.

“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): Sudanı terror siyahısından silmək üçün Amerika Birləşmiş Ştatlarının bir sıra şərtləri var.

“Al-Raya Al-Qatariya” (Qətər): Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə ibn Salman “Washington Post” qəzetinin jurnalisti, səudiyyəli Camal Xaşoqçi cinayətini ABŞ seçkilərindən əvvəl bağlamaq üçün çalışır.

“Le Monde”: Fransadan 2017-ci ildə üç kiçik uşağıyla Suriyaya gedən ana 8 il həbs cəzasına məhkum edildi.

“Le Soir” (Belçika) : Beş belçikalıdan biri döyüşçülərə işgəncə edilməsini qəbuledilən saydı.

“Le Fiqaro”: Qlobal istiləşmə dünya səviyyəsindəki qida məsələsini necə təhlükəyə atır.

“Bild.de”: Almaniyadakı göllərdə ət yeyən bakteriya həyəcanı: gölə girən bir qadın öldü.

“Deutsche Welle”: ABŞ və Türkiyə Suriyada Etibarlı Bölgə mövzusunda razılaşdı.

“Spiegel.de”: Beynəlxalq Əfv Təşkilatı ABŞ-a səyahət planlayanlara silahla bağlı xəbərdar etdi: turistlərin hər an üçün təcili hərəkət planı olmalıdır.

“El Mundo” (İspaniya): Sol partiya Podemos hökumət başçısı Sançezi seçkiləri təkrar etmək istədiyi üçün qınayır.

“El Mundo” (İspaniya): Qeyri-Hökumət Təşkilatlarının xilasetmə qruplarının get-gedə Aralıq dənizindən çəkilməsinə baxmayaraq insan qaçaqçıları qaçqınları daşımağa davam edir.

“Telesur” (Venezuela): Venezuela prezidenti Maduro 8-9 avqust tarixlərində müxalifət nümayəndələrin də qatılacağı görüşlərdə hökumət adamlarının iştirak etməyəcəyini bildirdi.

“İzvestiya”: Rusiya ordusunda kiber quldurlarına qarşı xüsusi vahidlər yaradılacaq.

“Lenta.ru”: Almaniya Federal Məclisinin sədri müavini Wolfgang Kubicki: "Almanlar ruslara minnətdar olmalıdır, çünki ruslar olmasaydı, Almaniya birləşə bilməzdi".

“TASS” xəbər agentliyi: Qırğızıstanın eks-prezidenti ona qarşı əməliyyat zamanı qvardiya qüvvələrinə atəş açdığını etiraf etdi.



Әlaqәli Xәbәrlәr