Xarici mətbuat, 02.08.2019

Xarici mətbuat və veriliş orqanlarında Türkiyə-dünya gündəmindən mövzu başlıqları.

1246726
Xarici mətbuat, 02.08.2019

Yeni Müsavat (Azərbaycan): Co Bayden ABŞ-ı yenidən Paris iqlim anlaşmasına geri qaytaracağını vəd edib.

Əl-Raya Əl-Qətəriyə (Qətər): Səudiyyə Ərəbistanı İsraildən təbii qaz almaq istəyir.

Əl-Riyad (Səudiyyə Ərəbistanı): Qəbul edilən yeni qanuna görə evli qadınlara həyat yoldaşlarının rəsmi icazəsi olmazdan pasport və qeydiyyat sənədləri verilə bilicək.

Əl-Hayat (Livan): Dəmeşq İsraili Suriyanın cənubuna raket hücumu təşkil etməkdə ittiham edir.

Rusiyanın İzvestiya qəzeti: Rusiyanın Baş naziri Dmitri Medvedev Yaponiya ilə ölkəsi arasında mübahisələrə səbəb olan Kuril adalarından Iturup adasına səfər edir.

Rusiyanın RİA Novosti agentliyi: Donald Tramp, keçmiş rus casus Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə əlaqədar Rusiyaya saksiya tətbiqini nəzərdə tutan sərəncam imzaladı.

Rusiyanın TASS agentliyi: Trampın sözlərinə görə ABŞ, Rusiya kimi, nüvə silahlara nəzarət və tərksilah sahəsində yeni razılaşmalar əldə etmək istəyir.

El Pais: (İspaniya) Avropa İttifaqı BVF-nin yeni prezidentini seçir. Bunun üçün Dörd namizəd var. Bunlardan biri İspaniyanın İqtisadiyyat naziri Nadia Calvinodur.

El Mundo: (İspaniya): Körpələrinizin Süd dişlərini saxlayın. Bu dişlər kök hüceyrə mədəni hesab edilirlər. Demək olar ki süd dişlərdə 100 milyondan çox kök hüceyrə mövcutdur.

TeleSur: Venesuela Prezidenti Maduronun sözlərinə görə imperializmin təcavüzünə qarşı ən güclü müdafiə müqavimətdir.

Fransa 24: Amerika Birləşmiş Ştatları Nüvə Qüvvələri Sazişindən (INF) çıxır.

Le Figaro: Fransalı Feliks Dorfinin edam hökmü 19 il həbs cəzasına dəyişdirildi.

Le Figaro: Tramp Çindən idxal edilən məhsullara əlavə rüsum tətbiq etdiklərini açıqladı.

Deutsche Welle (DW): Böhmermannın "Erdoğan" şeiri ilə bağlı yeni məhkəmə qərarı: Alman komediyaçı Jan Böhmermann, Prezident Ərdoğanın təhqir edildiyi hissələri qadağan edilən şeirlərlə bağlı Ali Apelyasiya Məhkəməsinə müraciətindən heç bir nəticə əldə edə bilmədi.

Frankfurter Allgemeine Zeitung (FAZ): ABŞ - Çin ticarət müharibəsi: Tramp 300 milyard dollarlıq Çin məhsuluna əlavə gömrük rüsumlarının tətbiq edilə biləcəyini bildirib.

 



Әlaqәli Xәbәrlәr