Xarici mətbuat, 31 iyul 2019

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1245398
Xarici mətbuat, 31 iyul 2019

“AZƏRTAC” (Azərbaycan): “Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub”.

 “trend.az” (Azərbaycan): “Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir”.

"Kaspi.az" (Azərbaycan): "Almaniyada evsizlərin sayı artıb"

 “Al-Raya Al-Katariya” (Qətər): “Dubayda turizmin geri qalması yüzlərlə insanın işdən çıxarılmasına səbəb oldu”

“Al-Mustakbal”(Livan): “İsveçrə UNRWA-ya maliyyə yardımını təxirə saldı”

“Al-Hayat” (Livan): “Rusiya-İran hərbi təlimi yaxın zamanda Hind okeanında start götürəcək”

“Le Temps” (İsveçrə): “Fransada iqtisadi inkişaf cari ilin ikinci rübündə yavaşladı”

“Le Mond” (Fransa): “Fransız hava yolu şirkəti “Air France” orta və qısa məsafədə təyyarələrini nəhəng bir “Airbus” sifarişi ilə müasirləşdirir"

“Le Figaro” (Fransa): “İyul ayında 71.710 məhkum sayı ilə Fransa həbsxanaların dolu olması bir qədər azaldı”

“El Mundo” (İspaniya): Misir İspaniya  Xarici İşlər Nazirliyinin tələbi qarşısında Madrid səfirliyindəki ikinci səlahiyyətlini ailədaxili zorakılığa görə mərkəzə təyin etdi.

“El Pais” (İspaniya): İspan alimləri orqan köçürəlməsində cığır açacaq bir addıma imza ataraq, insan kök hüceyrələrini heyvan embirionlarına nəql etməyi bacardı.  

“Clarin” (Argentina): Çinli tələbələrin seçimi Boynes Ayres: Şəhər bölgədəki şəhərlər arasında təhsil almaq üçün ən yaxşı tələbə şəhərçiklərilə önə çıxır.

 “Stuttarger Nachrichen”:  İspaniyanın Mayorka adasında gərginlik: Almanlar vuruşdu, yollardakı lövhələri dağıtdı, polis əməkdaşlarına hücum etdi.

“Bild.de”: ABŞ Almaniyanı Hörmüz boğazında təhlükəsizlik tədbirlərinə qatılmağa rəsmi olaraq dəvət etdi.

“Deutsche Welle”:  Frankfurtda 8 yaşındakı uşağın qatarın altına itələnərək öldürülməsindən sonra ölkənin daxili işlər naziri Sehofer qatar vağzalındakı təhlükəsizlik tədsirlərinin artırılacağını açıqladı.

“Vesti” (Rusiya): “Tramp: Rusiya ilə silahların nəzarətinə dair saziş imzalayacağıq”

“Kommersant” (Rusiya): ABŞ-da Konqres üzvləri Salisburydəki hadisə ilə əlaqədar olaraq Rusiyaya qarşı yeni tədbirlər görülməsini tələb edirlər.

“TASS” xəbər agentliyi (Rusiya): ABŞ-da məhkəmə Rusiyanın seçkilərə müdaxiləsilə bağlı Demokrat Partiyanın məhkəmə tələbini qəbul etmədi.



Әlaqәli Xәbәrlәr