Xarici mətbuat 09.07. 2019
Xarici mətbuat və veriliş orqanlarında Türkiyə və dünya gündəmindəki mövzular ilə əlaqəli əks edən başlıqlar.

Al- Mustakbal (Lübnan): ABŞ müdafiə nazirliyi penteqon Tayvana 2.2 milyard dollarlıq silah satışına razılıq verib.
Əl-Şərq Əlavsat (Səudiyyə-İngilis): İsrail məhkəməsi 1996 və 2002-ci ildə İsraillilərin hədəfə götürüldüyü 17 hücumda Yasser Arafat və Mervan Barqutini günahkarlandırdı. Təzminat miqdarını isə daha sonra müəyyən edəcək.
Əl-Raya Əl-Qatariya (Qətər): Səudiyyə Ərəbistanı Kralı Şahzadə Bin Salman Yəməndən çıxmaq mövzusunu müzakirə edir.
Süddeutsche Zeitung: S-400 hava müdafiə sistemlərinin təhvilinə başlanır. Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyadan satın alınmış S 400 hava müdafiə sistemlərinin Türkiyəyə gətirilməsi işinə başlandığını bildirib.
Frankfurter Allgemeine Zeitung: Almaniyada zənginlərin sayı azaldı. Almaniyadakı milyonerlərin sayı 1,1 faiz azalaraq 1,35 milyon olduğu bildirilir.
Deutsche Welle: 50 min qadın ailə içi şiddətin qurbanıdır. BMT-nin hesabatına görə, 2017-ci ildə 50 min qədər qadın və qız ərləri və ya dostları tərəfindən öldürülüb. Bildirilib ki cinayətlərin çoxu Asiya ölkələrində yaşanıb.
Telesur (Venesuela): Venesuela heyəti müxalifətlə dialoqu davam etdirmək məqsədiylə Barbadosa getdi.
El Mundo (İspaniya): Guaid,tənqidlərə baxmayaraq, Nicolas Maduro ilə görüşəcək.
El Pais, İspaniya: Təşkilatlı cinayətlərdə ölənlərin sayı müharibələrə müqayisədə daha çoxdur. Təşkilatlı cinayətlərdə ölənlərin çoxu Latın Amerikalıdır.
Le Monde: Avrozona Kyriakos Mitsotakisin seçki vədlərini unutdu.
Le Soir (Belçika): On polisdən dördü travmatik stressdən əziyyət çəkir.
Le Parisien: Honkonq cinayətkarların Çin Xalq Respublikasına ekstradisiya edilməsi qərarından imtina etdi.
Lenta.ru xəbər saytı: Gürcüstan telekanalında Putinə yaman deyən aparıcı işdən qovuldu.
Ria Novosti xəbər agentliyi: Zelenski Rusiyanı Donbassda nə gözlədiyini açıqladı. Rus dilinə xüsusi status verilə bilər.
"İzvestiya" qəzeti: Amerikalı jurnalist NATO-dan tələb edib ki, Rusiyanı qorxutsun.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar