Xarici mətbuat - 05 İyul, 2019
Xarici mətbuat və veriliş orqanlarında gündəmdəki mövzulara dair əks edən başlıqlar

Əl-Hayat (Livan): Fələstin lideri Mahmud Abbas İsrailin müqavilələrə riayət etməməsi halında özlərinin də əməl etməyəcəklərini bildirib.
Əl-Şərq Əl-avsat (Səudiyyə-İngilis): İranın sözlərinə görə ABŞ İranın sahib olduğu hərbi gücdən qorxduğu üçün hücum qərarından imtina edib.
Əl-Raya Əl-Qatariya (Qətər): Küveyt İngiltərənin Körfəz bölgəsində gərginliyin azaldılması istiqamətində atılan addımlara dəstək verdiyini bildirib.
Ultimas Noticias (Xəbər saytı - Venesuela): Venesuela və Türkiyə, əməkdaşlıq müqavilələrinin və iki ölkə arasındakı dostluğun inkişaf etdirilməsi mövzusunda razılaşıb.
Əl Mundo (İspaniya): Apple, Madrid hökumətinə minlərlə İspan vətəndaşları haqqında məlumat təmin edib.
Əl Pais (İspaniya): Liviyada Hava hücumu zamanı sığınmacılara atəş edilib. Fransa 24: Paris seçkiləri: Vilaninin Griveaux qarşı güc nümayişi
Le Monde: BAC (Universitet İmtahanı): Təhsil naziri, "bütün tələbələr cümə günü imtahan nəticələrini öyrənəcəklər" dedi.
Liberation: "Fransanın bəzi şəhərlərində su problemi yaşanır.
DW: Almaniya 5G texnologiyasından istifadə etməyə başladı.
ARD: Trump müstəqillik gününü güc nümayişinə çevirdi.
Welt.de: Bayern Münichin Hollandiyalı ulduzu Arjen Robben futbol karyerasına son qoydu.
Rus xəbər agentliyi TASS: Rusiyanın Su-27 döyüş təyyarəsi, Qara dəniz üzərində ABŞ-na məxsus P-8A Poseidon tipli təyyarənin kəşfiyyat uçuşuna maneə törətdi.
Lenta.ru: Rusiya prezidenti Putin Minsk müqaviləsinin həyata keçirilməsinə dair çağırışlara reaksiya verdi və Avropalı tərəfdaşlardan Minsk müqaviləsinin həyata keçirilməsinə dair bütün məsuliyyəti Moskvanın üzərinə atmaq cəhdindən imtina etmələrini istidi.
RİA Novosti: Rusiyanın Irkutsk bölgəsində daşqın səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayı 340-a çatıb. Onlardan 59-u uşaqdır.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar