Xarici mətbuat 03.07.2019

Xarici Mətbuatda əks edən gündəmdəki başlıqlar

1229379
Xarici mətbuat 03.07.2019

Əl-Raya Əl-Qatariya (Qətər): Birləşmiş Ərəb Əmirlikləri bildirib ki, Hafter qüvvələrinin silahlandırılması ABŞ ilə imzalanan razılaşmaları təhlükəyə salır.

Əl-Şərq Əl-avsat (Səudiyyə-İngilis): İraqdakı Haşid qüvvələrinin yenidən təşkilatlandırılmasına güclü dəstək.

Əl-Hayat (Livan): Birləşmiş Ərəb Əmirlikləri Liviyadakı silahların özlərinə məxsus olmadığını bildirib.

El Pais (İspaniya): İspaniya Xarici işlər naziri Josep Borrellin Avropa İttifaqına Yüksək Nümayəndə təyin edilməsiylə, İspaniya alyans daxilində yenidən ön sıraya geri qayıtdı.

El Mundo (İspaniya): Hökumət Başçılığına namizəd Pedro Sanchez, 22 və 23 iyul tarixlərində Deputatlar Konqresində təyin məsələsiylə bağlı baş tutacaq iclasa qatılacaq.

Clarin (Argentina): Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp, Müstəqillik Günü sonrasında çox sayda qaçaq immiqrantın deportasiya ediləcəyini bildirib.

Welt: Alman müdafiə naziri Ursula von der Leyen Avropa Komissiyasının yeni sədri olacaq.

Tagesschau: Aralıq dənizində xilas etdiyi miqrantları icazə almazdan İtaliya limanına daşıdığı üçün tutulan “Sea-Watch 3” gəmisinin Kapitanı Racket yenidən azadlığa buraxıldı. İtaliya daxili işlər naziri isə qərara reaksiya verdi.

Der Tagespiegel: Mecklenburg əyalətinin Lübtheen şəhərinin yaxınında baş verən meşə yanğını ölkənin ümumi problemidir.

Le Figaro: Dubay şeyxinin həyat yoldaşının Almaniyaya getməsi BƏƏ-nin imicinə zərər verdi.

Liberation: Yaponiya ticarət balinası tutmağa yenidən başlayır.

Gazeta.ru: Rusiyada sualtı gəmisində həyatını itirən 14 nəfərdən ikisi dövlət qəhrəmanı idi.

RBK: Ukrayna Prezidenti Zelenskinin Kanadada bir açılışdı oxuduğu sözlər qəhqəhələrlə qarşılandı.

RİA-Novosti: Rusiya prezidenti Putin, G20 çərçivəsində bir araya gəldiyi Hollandiya baş naziri Rütte ilə 2014-cü ildə qəzaya uğrayan Boeing MH17 məsələsini danışdı.



Әlaqәli Xәbәrlәr