Xarici mətbuat, 26 iyun 2019
Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

“AZERTAC” (Azərbaycan): “BMT-nin Bakı Forumunda nazirlərin dəyirmi masası təşkil olunub”
“trend.az” (Azərbaycan): “ Türkiyə ilə Azərbaycan arasında hərbi tibb sahəsində əməkdaşlıq və təhsil sahəsinin inkişafı üzrə sazişlər qüvvəyə minib.
“Al-Quds Alarabi”: “Kouchner fələstinlilərin qəzəbinə baxmayaraq Manamada Orta Şərqin iqtisadi planını başlatdı”
“Al-sharq Alawast” (Səudiyyə Ərəbistanı): “Tramp İranı dağıdıcı güclə məhv etməkdə təhdid edir.”
“Al-Hayat (Livan): “Livanda “Əsrin müqaviləsi”nə” ciddi reaksiya və fələstinlilərin qaçqın düşərgələrində ümumi tətil başladı”
“Le Temps” (İsveçrə): “Amerika seçkilərinə Rusiyanın müdaxiləsilə əlaqədar istintaq çərçivəsində xüsusi səlahiyyətli prokuror Muellər ABŞ Konqresi tərəfindən dinləniləcək”
“Le Mond” (Fransa): “Körpələr, yaşlılar və müdafiəsiz insanlar özlərini isti havadan necə qorumalıdır?”
“Le Figaro” (Fransa): “İfrat istiliyin səbəb olduğu çirklənməyə görə, Paris bölgəsində və Lyonda maşınlar növbə ilə yol hərəkətində olacaq”
“El Pais” (İspaniya): “Madriddəkı çirklənməyə qarşı hazırlanan planın qarşısını açmaq üçün təzyiq artır”
“El Mundo” (İspaniya): “Pedro Sanchez iyul ayında vəzifəsini təhvil alacaq”
“ZDF.de”: “Almaniyada quraqlıq- Bu ilin yay fəslində Almaniya quraqlıqda ikiyə bölündü. Cənubda elə çox problem yoxdur, şimalda isə su qıtlığı əkinlərə və məşələrə təsir edir.
“Handelblatt”: “ Volksvagenin yeni maşın fabrikini Türkiyədə quracağı ehtimal olunur.
“Deutsche Welle”: Katolik yepiskoplar sağ yönümlü populyarlığa qarşı xəbərdarlıq edir.
“Regnum” agentliyi (Rusiya): “Rusiyanın lehinə Avropa Şurası Parlament Assambleyası Məclisi səs verən ölkələr məlum oldu”.
“Rambyler (Rusiya): “Tbilisinin bələdiyyə sədri ruslara müraciət etdi: Gürcüstandakı rus turistlər tamamilə əmin-amanlıq içindədir”.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar