Xarici mətbuat

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1219635
Xarici mətbuat

AZƏRTAC: "Azərbaycan-Qətər əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub".

 

Trend İnformasiya Agentliyi: “Şahdəniz” təbii qazı Avropa sərhədinə çatdırılıb".

 

Kaspi.az: "Ankara ABŞ-ın S-400-lərlə bağlı tələblərini qəbul etməyəcək".

 

"Alsharq Alawsat" (Səudiyyə Ərəbistanı, ingilis dilində): "Ərdoğan Kipr sahillərində neft axtarışını davam etdirəcəklərini vurğuladı".

 

"Al-Raya Al-Katariya (Qətər): "Beynəlxalq təzyiqlər Səudiyyə Ərəbistanını 13 yaşındakı uşağı edam etmə qərarından çəkindirdi".

 

"Al-  VATAN" (Küveyt): "İsrail baş naziri Netanyahu işğal edilmiş Qolan təpəsində inşa ediləcək "Tramp təpələri" nin təməlini qoydu"

 

"Süddeutsche Zeitung": "Almaniyada koalisiya tərəfdaşları əsas vergi islahatı mövzusunda razılıq əldə etdilər. Əyalətlərə vergi qaydalarını tənzimləmək hüququ verildi"

 

"Deutsche Welle": "Yıldırım-İmamoğlu yayımına ilk reaksiyalar. İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədlər- Binali Yıldırım və Əkrəm İmamoğlu üz-üzə gəldilər. Birbaşa yayım ictimai mediada da Türkiyənin gündəmi oldu.

 

"Deutsche Welle": "Alman siyasətçisi Lübckenin cinayətində şübhəli bilinən şəxs həbs olundu. Almaniyanın Kassel əyalətinin qubernatoru Valter Lübckenin qətlində şübhəli bilinən şəxs həbs olundu. Prokurorluq şübhəlinin DNT araşdırmaları nəticəsində tapıldığını söylədi".

 

"Le Temps" (İsveçrə): "Dünyada nüvə silahlarının sayı azaldı"

 

"Le Parisien" (Fransa): "İsveçrə: Yüz minlərlə qadın bərabər əmək haqqı üçün meydanlara axışdı"

 

"Le Soir" (Belçika): "Honq- Konq: Təşkilatçıların sözlərinə görə, təxminən iki milyon nümayişçi bazar günü meydanlarda idi".


"El Pais" (İspaniya): "İspaniya bir neçə gün əvvəl Lüksemburqa gələn mühacirlərin nəzarətə götürülmısi qaydalarının sərtləşdirilməsi planına qarşı çıxır".

 

"El Universal" (Venesuela): "Venesuelada təkəri partlayan avtobusun qəzaya uğraması nəticəsində 18 nəfər həlak oldu"

 

"Infobae" (Argentina): "Xuan Quaydo: "Venesuela üçün mümkün bir gələcək var, və bu gələcək dəyişiklikdir. Çünki alternativi ölümdür".


"Lenta.ru"(Rusiya xəbər agentliyi): "ABŞ Rusiya energetika sisteminə kiber hücumlarını artırdı".

 

"RİA Novosti" (Rusiya xəbər agentliyi): "Rusiyanın Hava Kosmik Qüvvələri ilk 2 yeni "MiG-35" döyüş təyyarəsini təhvil aldı".

 

"TASS" (Rusiya xəbər agentliyi): "Dağıstan Respublikasının prezidenti Vladimir Vasilyev Moskvada pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirildi".



Әlaqәli Xәbәrlәr