Dünya mətbuatı, 30 may 2019

Xarici mətbuatda bu gün yazılanlar

1211039
Dünya mətbuatı, 30 may 2019

Əl-Hayat (Livan): İran perzidenti Ruhaninin Məsləhətçisi və Tehranın sabiq bələdiyyə  sədri,  həyat yoldaşının təhlükəsizlik orqanlarının hesabına casusluq etdiyini və bu səbəbdən öldürdüyünü irəli sürüb.

Əl-Şərq Əl-avsat (Səudiyyə-İngilis): Yaponiyanın yeni imperatoru ilə danışıqlar aparan ilk xarici lider ABŞ prezidenti Tramp olub.

Əl-Raya Əl-Qatariya (Qətər): İordaniyanın keçmiş Xarici işlər naziri Kamal Əbu Cabir: "Qətərin Məkkə zirvəsinə dəvət edilməsi, Səudiyyə Ərəbistanın Dohanın əhəmiyyətli rola sahib olduğunu etiraf mənasını verir.

Weser-Kurier: Reynland-Pfalz əyalətində keçirilən məhəlli seçkilərdə xristian Demokratlar və Sosial Demokratlar tarixlərinin ən böyük uğursuzluğunu yaşadılar.

N-TV.de: Huawei, Avropadakı ən əhəmiyyətli bazarı olan Almaniya üçün mübarizə aparır - Ark OS Hu patent ofisində qeydiyyatdan keçirildi.

Tagesschau.de: Yezidilər Alman hökumətini, Suriyada türmədə olan terror təşkilatı DEAŞ mənsubu Almaniyalı terroristlərin ekstradisiyasına biganə qalmaqda ittiham ediblər.

El Pais (İspaniya): Meksikada sərnişin avtobusu ilə yük maşının bir-birinə çırpması nəticəsində 21 nəfər həyatını itirdi.

La Vanguardia (İspaniya): Maduro müxalifətlə başladılan dialoq prosesinin "konstruktiv" olduğunu bildirib.

El Universo: Həmkarlar ittifaqlarının Mauricio Macriyə qarşı növbəti dəfə tətil aksiyaları başlatmaları, Argentinada həyatın ifliç olmasına gətirib çıxardı.

Rus qəzetim.RU xəbər saytında: İyunda ABŞ, Rusiya və İsrailin milli təhlükəsizlik üzrə nümayəndələri Qüdsdə bir araya gələcək.

Rusiyanın xəbər saytı: Sputnikin Litva üzrə mətbuat nümayəndəsi hava limanında saxlanıldı.

Le Fiqaro (Fransa): ABŞ və Rusiya Suriyanı təcriddən çıxarmanın yollarını müzakirə edib.

Le Temps (İsveçrə): Lyon hücumunu törətməkdə ittiham edilən şübhəli bombalı  paketi hazırladığını etiraf edib.

Le Soir (Belçika): Çin ABŞ-ı "iqtisadi terörizm" cinayətiylə ittiham edir.

 



Әlaqәli Xәbәrlәr