Xarici mətbuat, 28 may 2019

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1209737
Xarici mətbuat, 28 may 2019

“AZƏRTAC” (Azərbaycan): Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşı üçün milli iftixar günüdür.

 “trend.az” (Azərbaycan): “ABŞ-ın Arizona ştatının paytaxtında 28 may “Azərbaycan Milli Günü” elan edilib

“kaspi.az (Azərbaycan): Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”

“Weser-Kurier”(Almaniya): “ABŞ-ın sanksiyaları İranla ticarəti tənəzzülə uğratdı, flman şirkətləri İranı tərk edir”

“Welt” (Almaniya): “Avropa parlamentinə seçki 2019: Sağçı AfD Partiyası Şərqi Almaniyadakı kütlə partiyası olmaq yolunda addımlayır”

“Berliner Morgenpost” (Almaniya): “Politoloqlar Almaniyada və bütün Avropada partiya sistemində dəyişiklik gözləyir”

 “Al-Raya Al-Katariya (Qətər)”: Səudiyyə ərəbistanlı yazıcılardan biri Xaşoqçinin fəaliyyətlərini rəsmi Ər-Riyada catdırıb. Canilər jurnalisti öldürmədən 48 saat əvvəl sobanı yandıraraq hazırlıq görməyə başlayıblar və bəzi orqanlarını yandırıblar.

“Al-sharq Alawast” (Səudiyyə Ərəbistanı): “İsrail ordusu Suriyada hərbi mövqeyə hücum etdi…Ölü və yaralılar var”

“Al-Rıyad (Səudiyyə Ərəbistanı): “14-cü İslam Zirvəsi Konfransı hazırlıqları çərçivəsində yüksək səviyyəli səudiyyəli səlahiyyətlilər iclas keçirdi”

“Le Parisien” (Fransa): “Fransada ölüm hallarında 8 nəfərdən birində siqaret təsirli olur”

“Le Fiqaro” (Fransa): “Renault-Fiat birləşməsi: (Maliyyə naziri) Le Maire Fransada heç bir fabrikin bağlanmamasını şərt kimi irəli sürdü”

“Le Monde” (Fransa): “2018-ci ildə terror möhdəvalı internet paylaşmaları üçdəbir nisbətində azaldı”

“El Pais” (İspaniya): İspaniyanın baş naziri Perdo Sanchezin Fransa prezidenti Makrona ziyarətinin arxasında Avropa Parlamentində sosialist və liberalların güclərini birləşdirməsi dayanır.

 “Clarin” (Argentina): “Bir qrup Tramp tərəfdarı Meksika sərhədində özünün “xüsusi” divarını tikməyə başladı”

“El Mundo” (İspaniya): “Podemosun lideri Pablo İglesisasın deməyə sözü qalmadı: 800 min səs və 68 muxtar millət vəkilliyi itirildi”

 “TASS” xəbər agentliyi (Rusiya): “Rusiyanın baş naziri Medvedev Avrasiya İqtisadi Birliyinin genişləndirilməsi ehtimalından danışdı”

“lenta.ru” (Rusiya): “Rəsmi Kiyev Kerç boğazının beynəlxalq statusa qovuşmasını istəyir”

“İzvestiya” qəzeti (Rusiya): “ Rusların dörddəbiri ərzaq xərclərini məhdud etməyə cəhd göstərir”



Әlaqәli Xәbәrlәr