Xarici mətbuat, 27 may 2019

Türkiyə və dünya gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

1208790
Xarici mətbuat, 27 may 2019

Əl-Hayat (Livan): Bağdad rəhbərliyi, Tehran və Vaşinqton arasında vasitəçilik təklif etdi.

Əl Şərq Əl-awsat (Səudiyyə-İngilis): ABŞ prezidenti Tramp Yaponiyanın yeni imperatoru ilə görüşdü. Beləcə Yeni imperator ilə  bir  araya  gələn ilk  xarici lider Tramp oldu.

Əl-Raya Əl-Qatariya (Qətər): İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Körgfəz ölkələrinə çağırış edib ki. "İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır".

Deutsche Welle: Avropa Parlamenti seçkilərində Sağ Populist və Yaşıllar partiyası əvvəlki seçki ilə müqayisədə daha çox səs topladı.

Süddeutsche Zeitung: Alman hökumətinin antisemitizm zabiti Klein, ölkədə yaşayan yəhudilərə çağırış edib ki, hər yerdə kipa (kiçik skullcap) istifadə etməsinlər.

ZDF.de: Almaniyada antisemitizm - Yəhudi Mərkəzi Şurası, mövcud vəziyyətin yaxşı olmadığına diqqət çəkiblər.

Əl Pais: İspan Sosialist İşçi Partiyası (PSOE) bələdiyyə seçkilərində gücünü bir dəfə daha nümayiş etdirərkən, Madriddə sağ partiya qələbə qazandı.

El Mundo: İspaniya 2019 Bələdiyyə seçkilərində mövqeyini möhkəmləşdirən PSOE lideri və baş nazir Pedro Sánchez İspan Sosialist İşçi Partiyasını seçkidəki zəfərinə görə təbrik etdi.

TeleSur: Venesuela xarici işlər naziri Jorge Arreaza, ölkəsinə yönəlik iqtisadi sanksiya və media kampaniyalara diqqət çəkib və ABŞ-ı ittiham edib.

Le Monde: 2019 Avropa Parlamentinə seçkilərdə Böyük Britaniyada Brexit partiyası qələbə qazandı.

Le Fiqaro: Avropada ənənəvi partiyalar güc itirərkən, Yaşıllar daha da güclənirlər.

Ouest-Fransa: Macron seçkilərdə ilk məğlubiyyəti daddı. Seçkilərdə gözlənilən uğuru qazana bilmədi.

Rus qəzeti Vesti.ru: Dünya xokkey çempionatında fin qızıl, Kanada gümüş, Rus idmancılar isə bürünc medal qazandı.

Rusiyanın xəbər saytı Lenta.ru: Rusiya prezidenti Vladimir Putin, Kalininqradın Yantarniy rayonunda dərin dəniz limanının tikintisinə dəstək verdi.

Rusiyanın "Izvestiya" qəzeti: Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillə görə Rus Pravoslav Kilsəsi gündə üç kilsə inşa edir.



Әlaqәli Xәbәrlәr