Xarici mətbuat, 26 aprel 2019

Bu gün xarici mətbuat nələrdən yazır?

1190445
Xarici mətbuat, 26 aprel 2019

Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı – İngiltərə): İrandakı sellər zamanı 37 il əvvəl itən iraqlı bir əsgərin cəsədi tapılaraq ölkəsinə göndərildi.

Al-Raya Al-Katariya” (Qətər): Səudiyyə Ərəbistandakı edamlar ABŞ demokratlarını qəzəbləndirib.

Al-Ahram” (Misir): Misir prezidenti Sisi fövqəladə vəziyyətin yenə 3 ay uzadılmasına qərar verdi.

Westdeutsche Allgemeine Zeitung” (WAZ): “100-dən çox ölkənin dövlət və hökumət başçıları, o cümlədən rəsmi nümayəndələrinin iştirakı ilə aprelin 26-da Çinin paytaxtında İpək Yolu sammiti başlayır.

Süddeutsche Zeitung” (SZ): ABŞ-ın əvvəlki vitse-prezidenti Co Bayden 2020-ci il seçkiləri üçün Demokrat Partiyadan namizədliyini rəsmən açıqladı.

Deutsche Welle” (DW): Ailə yaxınlığı ilə bağlı Almaniyaya gedən əcnəbi qadınların 3-də biri alman dili imtahanından keçə bilmir.

Le Monde”: Fransada istihbarat 2018-ci ildə 22.300-dən çox adamı təqib edib.

Le Figaro”: Makron 2022-ci il prezident seçkilərinə məhəl qoymadığını söylədi.

El Pas”: İspaniyanın baş naziri Pedro Sançez 28 aprel parlament seçkilərindən öncəsi bəyanatlar verib: “İspaniyada mərkəz sağın hədsiz sağcılarla birləşməsi istiqamətində ciddi bir risk var”.

Telesur”: Venesuelanın xarici işlər naziri Jorj Arreaza ABŞ hökuməti tərəfindən tətbiq edilən qanunsuz sanksiyaların ölkədə yaratdığı nəticələri açıqlayaraq bunun minlərlə insana zərbə vurduğunu dedi.

İnterfax.ru: Zelenski qısa bir tətil üçün Türkiyəyə getdi.

Vzglyad.ru: Rusiya nefti çirklənib. Avropaya xam neft daşıyan "Drujba" xəttində böhran yaşanıb.

Türkrus.com: Putin: "Dünyada ilk 5 iqtisadiyyat arasına girmək qətiyyən ağlabatan bir hədəf deyil".



Әlaqәli Xәbәrlәr