Xarici mətbuat

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları

1188918
Xarici mətbuat

AZƏRTAC (Azərbaycan): "2018-ci ildə ABŞ-da əhali artımının təxminən yarısını miqrasiya təşkil edib"

 

Trend İnformasiya Agentliyi (Azərbaycan): "Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq"

 

Kaspi.az (Azərbaycan): "Ermənilər PKK terrorçuları ilə fəal əməkdaşlıq edirlər"

 

"Deutsche Welle "(DW): "Şri-Lanka hücumlarına görə məsuliyyəti DEAŞ üzərinə götürdü; Şri-Lankada 350-dən çox insanın öldüyü hücumlara görə məsuliyyəti DEAŞ üzərinə götürdü".
 
 "Spiegel Online": "Ukrayna seçkiləri; Almaniya kansleri Angela Merkel seçkilərin qalibi Zelenskini Almaniyaya dəvət etdi"
 
 ARD: "Şri-Lanka prezidenti Sirisena təhlükəsizlik xidmətin rəsmilərinin kəşfiyyat məlumatlarını onunla bölüşmədikləri üçün polis və təhlükəsizlik qüvvələrində yenidənqurma işləri aparacağını söylədi"
 
 
  "Alsharq Alawsat" (Səudiyyə Ərəbistanı-ingilis dilində): "İsrail baş naziri Netanyahu Qolan təpələrindəki bir əraziyə Trampın adını verdi"
 
 "Al-Raya Al-Katariya" (Qətər): "Səudiyyə Ərəbistanı hər hansı bir əsas göstərmədən 2 aydır bir iordaniyalı jurnalisti həbsxanasında saxlayır"
 
 "Al-Hayat" (Livan): "Misir Sudandakı vəziyyətin müzakirə olunacağı Afrika sammitinə ev sahibliyi edir" 
 
  
 El Pais (İspaniya): "İspaniyada parlament seçkilərindən əvvəl TV-də açıq iclas: Müxalifət liderləri arasında "sağ qrup liderliyini əldə etmə" mübarizəsi baş nazir Sançesə (Sanchez ) üstünlük qazandırdı.
 
 "La Tercera" (Çili): "Çili dövlət başçısı Pinera Çin lideri Şi Jinping ilə görüşdü"
 
 "El Universal" (Meksika): "Maşın oğurlamaq cəhdi zamanı oğruların silahından çıxan güllə maşında yatan 4 yaşlı qız uşağının ölümünə səbəb oldu".
 
  
 "Novosti Rossii" (Rusiya) : "ABŞ S-400-lərə görə Türkiyədəki bazalarını Yunanıstana köçürə bilər"
 
 TASS: "Şimali Koreya lideri Kim Çen İn Rusiyanın Vladivostok şəhərinə zirehli qatarla gedir"
 
 "Obzor press" xəbər saytı: "Kreml: Putinin Zelenskini təbrik etməsi üçün hələ tezdir"
 
  "Le Monde" (Fransa): "ABŞ təcavüzün bir müharibə silahı kimi istifadə edilməsinə qarşı olan BMT-nin qərarına qarşı çıxdı"
 
" Liberation" (Fransa): "İran neftinə tam embarqo: Tramp birbaşa hücum keçir"
 
 "Le Figaro" (Fransa): "Özəl sektorda maaşlı işləyənlərin yarısı ayda 1789 avrodan çox qazanır"



Әlaqәli Xәbәrlәr