Xarici mətbuat

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərdən başlıqlar

1186394
Xarici mətbuat

AZƏRTAC (Azırbaycan): “Azərbaycan Tibb Universiteti ilə Türkiyənin İstanbul Universiteti-Cərrahpaşa arasında əməkdaşlıq memorandumu imzalanıb”

 

Trend İnformasiya Agentıiyi (Azərbaycan): “Tramp Türkiyəyə səfər edəcək?”

 

Kaspi.az (Azərbaycan): “Pekində ikinci “Bir kəmər, bir yol” beynəlxalq forumu keçiriləcək”

 

"Alsharq Alawsat" (Səudiyyə Ərəbistanı, ingilis dilində): "Bağlanan müqavilələr çərçivəsində Səudiyyə Ərəbistanında ilk İraq bankı açıldı"

 

 "Əl-Vətən" (Küveyt): "Misir Yunanıstan və Kiprlə "MEDUSA 8" birgə hərbi təlim keçirir"

 

 "ƏL Həyat" (Livan): "Səudiyyə Ərəbistanı 2020-ci ilin noyabrında G-20 sammitinə ev sahibliyi edəcək"

 

  "El Mundo" (İspaniya): "Venesueladan miqrasiya nəticəsində İspaniyadakı mənzil satışları iki dəfə artdı. 2018-ci ildə Venesuela vətəndaşları bu ölkədə 278 ev satın alıb"

 

 "Telesur "(Venesuela): "Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqtonu Venesuelaya qarşı qüvvə tətbiq etmək planlarından əl çəkməyə çağırdı"

 

"El Nacional" (Venesuela): "ABŞ Konqresinin bir qrup  üzvü Venesuela böhranını yerində araşdırmaq üçün Venesuela-Kolumbiya sərhədinə getdi"

 

  "Le Figaro": "Hər nə qədər fransızların üçdə biri haqqında mənfi düşünsə də, Makronun populyarlığı artır"

 

 "Le Monde": Liviya daxili işlər naziri Parisi Mareşal Haftarı dəstəkləməklə ittiham edir"

 

 "Le Parisien": "Məhkəmə  özəl sektorda hicablı olmaq hüququnu təsdiq etdi"

 

  "Heute.at":" Portuqaliyadakı avtobus qəzasında ölən 29 nəfərin də alman vətəndaşı olduğu müəyyən edildi"

 

 "Deutsche Welle": "Yunanıstan Almaniyadan müharibə təzminatı istəyir"

 

ARD: "Almaniyada quraqlıq: Almaniyanın bəzi bölgələrində yağışların az yağması səbəbindən meşə yanğını təhlükəsi var"



Әlaqәli Xәbәrlәr