Xarici mətbuat, 28 mart 2019
Bu gün xarici mətbuat nələrdən yazır?

“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı-İngiltərə): Yayım yasağının kölgəsində İran sel fəlakətiylə boğuşur.
“Ahbar Al-Khalij” (Bəhreyn): Parlament sədri: İran terroru regionun və dünyanın təhlükəsizliyi və sülhü üçün bir təhdid yaradıb.
“Al-Hayat” (Livan): İsrail və mühasirəsi altında olan Qəzza zolağı arasındakı bölgədə son bir ildə təxminən 40 fələstinli uşaq həlak olub.
“Merkur.de”: Ərdoğan Ayasofyanı məscid etmək istəyir.
"Le Monde": BMT terrorizmin maliyyələşdirilməsinə qarşı sərt tədbirlər görməyə çağırdı.
“Spiegel Online”: ABŞ Səudiyyə Ərəbistanına nüvə texnologiyası ixrac edir.
“Le Figaro”: Fransa İraq və Suriyadakı 200-300 arası fransız uşağın aqibətindən xəbərsizdir.
“Libration”: Fransa həbsxanalarındakı intihar sayı 2018-ci ildə daha da artıb.
“El Pas”: Maduro rejimi Quaidonun 15 il ərzində dövlətdə vəzifə almasını qadağan etdi.
“El Mundo”: İspaniya xarici işlər naziri Kataloniya ilə bağlı suala əsəbləşib müsahibəni yarıda qoydu.
“Rtve.es” (İspaniya radio və televiziya kanalı): Dənizlərin səviyyəsi və temperaturu qlobal istiləşmə ilə əlaqədar rekord dərəcədə artıb.
“Ria Novosti” (Rusiya agentliyi): Braziliya Rusiyaya Venesueladan əsgərlərini geri çəkməyə çağırdı.
“İzvestiya” qəzeti (Rusiya): ABŞ Dövlət Departamenti Rusiyaya qarşı son 30 ilin ən sərt siyasətinin aparıldığını bildirdi.
“TASS” agentliyi (Rusiya): Yalan xəbərlər, həmçinin Rusiya Federasiyası dövlət rəmz və təşkilatlarını təhqir edən internet materiallarına qadağaya dair iki qanun 28 mart tarixindən qüvvəyə minir.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar