Xarici mətbuat 26.03.2019

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1170703
Xarici mətbuat 26.03.2019

 

“AZƏRTAC” (Azərbaycan): “Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.”

“Trend” informasiya agentliyi (Azərbaycan): “Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) daha rəqabətqabiliyyətli qiymətləri təmin edəcək.”

“kaspi.az” (Azərbaycan): “ABŞ dövlət katibi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib”

 “Al-Mustakbal”(Livan): “BMT: İşğal altındakı Qolan təpələrilə əlaqədar vəziyyət dəyişməyibdir”

“Alsharq Alawsat”(Səudiyyə Ərəbistanı, ingiliscə): “İsrail, Livan və Suriya ilə olan sərhədinə əlavə hərbi texnika yerləşdirməyə başladı”

Ahbar Al-Khalij (Bəhreyn): “Bölgənin sabitliyi üçün İraq, İordaniya və Misir arasında üçlü zirvə yığıncağı keçirildi”

 “ARD” televiziyası (Almaniya): “Yay vaxtına keçid-normal saata keçid mübahisə olunur”

“DW” (Almaniya): “Kiçik Parlament-Almaniya-Fransa birgə Parlamentinin ilk iclası baş tutdu”

“Welt” qəzeti (Almaniya): “AÇ-2020 təsnifat mərhələsi matçları: Fransa və Türkiyə H qrupunda yollarına davam edirlər”

“La Vanguardia” (İspaniya): “İspaniya İsrailin Qolan təpələri üzərində suverenliyini tanımır”

“El Mundo” (İspaniya): “Meksika prezidenti Lopez Obrador İspaniyadan Meksikanın fəthinə görə üzr istəməsini istədi”

“La Tercera” (Çili): “ Venesuelada böhran: Yeni elektirik enerjisinin kəsilməsi Karakas və 13 əyalətdə öz təsirini göstərdi”

“Le Mond” (Fransa) : “ Çinli dövlət şirkəti CASC 300 “Airbus” təyyarə alınmasını əhatə edən nəhəng sifariş verdi”

“Le Temps” (İsveçrə): “İngilis millət vəkilləri “Brexit”ə nəzarəti ələ keçirmək üçün səs verdilər”

“Le Figaro” (Fransa): “Fransız EDF şirkəti külək enerjisi sahəsində Çin ilə 1 milyard avro məbləğində saziş imzaladı”

“TASS” xəbər agentliyi (Rusiya): “ABŞ Nümayəndələr Palatası Rusiyanın enerji sahəsindəki təsirilə mübarizə mövzulu qanun layihəsini təsdiqlədi”.

“RİA Novosti (Rusiya): “Rusiyanın Xarici İşlər Nazirliyi sözçüsü Maria Zzakharova amerikalı jurnalist Farid Zakarianın ruslar və amerikalılardan üzr istəməsinin vacib olduğunu söylədi. Zakaria daha əvvəl Trampın ruslarla əməkdaşlıq etdiyinə dair “bariz həqiqətlərdən” söz apardığı bir video yaymışdı”.



Әlaqәli Xәbәrlәr