Xarici mətbuat

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1154022
Xarici mətbuat

 

AZƏRTAC (Azərbaycan): Fevralın 27-də ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

“Trend” informasiya agentliyi (Azərbaycan): Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin dövlət başçısı kimi Azərbaycana ilk səfəri, Azərbaycan Prezidenti ilə həm təkbətək görüşü, həm də geniş tərkibdə keçirilən görüş iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələ açacaq.

 “kaspi.az” (Azərbaycan): “Sumqayıt hadislerinden 31 il ötür”

 “Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı, ingiliscə): “Misirin paytaxtındakı qatar vağzalında baş verən yanğında 20 nəfər həyatını itirdi, 20 nəfər xəsarət aldı. Nəqliyyat naziri istefasını verdi”

“Al Raya Al-Katariya” (Qətər): “ Səudiyyə Ərəbistanının xarici işlər naziri jurnalistlərin Camal Xaşoqçi cinayətilə əlaqədar suallarına cavab verməkdən imtina etdi”

“El- Hayat” (Livan): “ İsrailin Baş naziri Netenyahu İranı hədəf götürməkdə qətiyyətlidir”

“Welt” qəzeti (Almaniya): “2019 səyahət trendləri- Alman turistlərin Türkiyəyə olan marağı birdən artmağa başladı”

“Merkur.de” (Almaniya): Trampın kürəkəni Kuşner (Kushner) Orta Şərq planını müzakirə etmək üçün Ərdoğan ilə görüş keçirdi”

“DW”(Deutsche Welle) (Almaniya): Yəmən müharibəsində Almaniya istehsalı silahlar- Almaniyanın səsinin apardığı araşdırma siyasi mübahisələrə səbəb oldu”

“El País (İspanya): “Nikaraqua lideri Daniel Orteqa müxalifət ilə keçirilən görüşlərin birinci günündə 100-dək məhkumu müqəvvəti sərbəst buraxdı”

“La Tercera” (Çili): Çili Dövlət başçısı Pinera Xuan Quaydo ilə əlaqələri inkişaf etdirir. Çilidə keçiriləcək “Prosur” zirvə yığıncağına dəvət etdi.

“Ultimas Noticias” (Venesuela): “Nikolas Maduro Venesuela xalqının 92 faizinin ABŞ-ın hərbi müdaxilə təqdidlərinin əleyhinə olduğunu bildirdi”

“TASS” xəbər agentliyi (Rusiya): “Rusiya Venesuela mövzusundakı qərar layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim etdi”

“Ria Novosti” xəbər agentliyi (Rusiya): “Rusiya və İsrail xarici qüvvələrin Suriyadan çıxması üçün bir işçi qrupu təşkil edəcək”

“İzvestiya” qəzeti (Rusiya): “Rusiya 2020-ci illərin axırına doğru nüvə stansiyası olan iki hərbi gəmi inşa etməyi planlaşdırır”



Әlaqәli Xәbәrlәr