Xarici mətbuat, 22 fevral 2019

Xarici mətbuat 22 fevral nələrdən yazır?

1150376
Xarici mətbuat, 22 fevral 2019

“Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı-Amerika): Səudiyyə Ərəbistanı - Çin münasibətləri yeni dövrə girdi.

“El Vatan” (Küveyt): BƏƏ-nin Qətərə tətbiq etdiyi sanksiyalarda hər hansı bir dəyişiklik yoxdur.

“El-Hayat” (Lübnan): Sudan bir neçə müxalifət başçısını nəzarətə aldı

“Merkur.de”: Yay saatı sona çatır: Avropa İttifaqı tarixi açıqlayacaq.

“DW”: İsrail ilk dəfə Aya kosmik gəmi göndərdi.

“Clarin” (Argentina): Nikolas Maduro Venesuelanın Braziliya ilə sərhədini və bütün hava məkanını bağlatdırdı və Kolumbiya ilə də eyni işi görəcəyini bildirdi.

“El Pais”(İspaniya): Venesuelada Maduroya qarşı müqaviməti davam etdirən Quaido mübahisəli humanitar yardımı qarşılamaq üçün sərhədə gedəcəyini açıqlayıb.

“La Vanguardia” (İspaniya): Barselonada 40 minə yaxın adam "Proces" məhkəmə işinə qarşı təşkil etdikləri tətili başa vurdu. Bu tətilin son 15 ilin ən geniş tətili olduğu açıqlanıb.

  Qeyd edək ki, "Proces" adı verilən dava Madrid Ali Məhkəməsi tərəfindən Katalon liderlər haqqında açılan məhkəmə işinin adıdır.

TASS informasiya agentliyi (Rusiya): Moldovanın ən zəngin adamı, siyasətçi Vladimir Paxotnyuk Rusiyadan qeyri-qanuni yollarla valyuta çıxarmaqda günahlandırılır.

“İzvestiya” qəzeti (Rusiya): Hindistan S-400-ləri 2020-ci ilin oktyabrından almağa başlayacaq.

“Lenta.ru” xəbər saytı: ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanı "Troya atı” strategiyası təhdid etdi.

“Le Monde”: Papa cinsi zorakılığa qarşı konkret tədbirlər açıqladı.

“Liberation”: 13 Noyabr Paris hücumlarının səsi – Fabyen Kleyn (Fabien Clain) öldürülüb.

“Le Parisien”: Sarı jiletlilər” 15-ci həftəyə necə keçəcək?



Әlaqәli Xәbәrlәr