Xarici mətbuat, 20 fevral 2019

Dünya mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin başlıqları.

1148838
Xarici mətbuat, 20 fevral 2019

AZƏRTAC (Azərbaycan): Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Trend” informasiya agentliyi (Azərbaycan): Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində Ankara ilə Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Bunu Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu deyib.

“kaspi.az” (Azərbaycan): “İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edildi”

 “Alsharq Alawsat” (Səudiyyə Ərəbistanı, ingiliscə): “BMT Təhlükəsizlik Şurası İraqda itkin küveytlilərin taleynin müəyyən edilməsinin vacibliyini bildirdi”

“El Marat El Yaum” (BƏƏ): “ Qadın mühəndislər hərbi sahədəki uğurlarını sübuta yetirdilər”

“El-Rıyad” (Səudiyyə Ərəbistanı): “ABŞ prezidenti Tramp Kosmos Qüvvələri Komandanlığını qurur”

“DW” (Deutsche Welle) (Almaniya): “DW-nın Söz Azadlığı Mükafatına meksikalı jurnalist layiq görüldü”

DW-nın Söz Azadlığı Mükafatına bu il meksikalı jurnalist Anablel Hernandez layiq görüldü. Jurnalistin fikrincə, meksikalılar söz azadlığına deyil, həyatda qalmağa əhəmiyyət verir.

“Bild” qəzeti (Almaniya): “Karl Lagerfeld (85) Parisda dünyasını dəyişdi. Artıq mələklər Şanel geyinəcək (Chanel)”

“Stern” jurnalı: “Top Secret?- “Google Map” gizli hərbi bazaları və raket sistemlərini 3D şəkillərilə göstərir”

“Le Temps” (İsveçrə): Fransa prezidenti Emmanuel Makronun sabiq müşaviri Aleksandr Benalla həbs edildi”

“Le Mond” (Fransa): “Fransada yəhudi əleyhinə çox siyasiləşdirilmiş bir “Birlik günü””

“Le Parisien” (Fransa): “Fransa Məclisi: Millət vəkillərindən biri “Fransa Yəməndə öldürür” ifadəsi yazılmış plakat açdı”

“El Pais” (İspaniya): “Modanın istiqamətini dəyişən Karl Lagerfeld dünyasını dəyişdi”

“Telesur (Venesuela): Venesuela prezidenti Maduro tibb tələbələrinin məzuniyyət mərasimində etdiyi çıxışda dedi: “Venesuela bu il 1469 xarici ölkə vətəndaşı həkim yetişdirdi. Bu həqiqi humanitar yardımdır”.



Әlaqәli Xәbәrlәr