Xarici mətbuat, 12.02.2019

Xarici mətbuat 12 fevral 2019-cu il tarixində nələrdən yazır?

1144409
Xarici mətbuat, 12.02.2019

“El-Hayat” (Livan): Soçi görüşündən əvvəl Rusiya və Türkiyə İdlibdə təhlükəsizliyinin təmin edilməsi məsələsində razılaşdı.

“Al-Raya Al-Katariya” (Qətər): Bəhreyn Xarici İşləri naziri Kralın münasibətləri normallaşdırmaq istəyini İsrailə çatdırdı.

“El Pais (İspaniya): Polis müstəqillik tərəfdarı olan Kataloniya başçılarının məhkəməsi zamanı bina qarşısında əks fikirli qruplar arasında çıxa biləcək münaqişələrlə bağlı xəbərdarlıq etdi.

“La Tercera” (Çili): Çili 2018-ci ildəki rekord istehsaldan sonra dünya mis bazarındakı yerini yenidən möhkəmləndirdi.

“El-Universal” (Meksika): İnsan ticarətilə mübarizə nəticəsində Kanadada "müasir qul" olaraq saxlanılan 43 meksikalı azadlığına qovuşdu.

“Le Monde” (Fransa): Paris yaxınlığındakı O-de-Sen (Hauts-de-Seine) (Paris yaxınlığındakı) bölgəsində iki tramvayın toqquşması nəticəsində 12 nəfər yaralandı.

“Le Figaro” (Fransa): 2018-ci ildə Fransada yəhudilər əleyhinə hücum və çıxışlar 74 faiz artıb

“Le Parisien” (Fransa): Məktəblərlə bağlı yeni qərar siniflərdə Fransa və Avropa İttifaqı bayraqlarının asılmasını nəzərdə tutur.

“DW”: İsrail düşməni İrana hücumla bağlı xəbərdarlıq etdi.

“Bild qəzeti”: Fatih Akının “Qızıl əlcək” (Altın Eldiven) son filmini qadınlar izləməməlidirmi?

“RİA Novosti” Agentliyi (Rusiya): Rusiya və Türkiyə İdlibdə təhlükəsizliyin təhdidinə qarşı mübarizənin əhəmiyyətinə toxundular. Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibin tərksilah edilmiş regionunda təhlükəsizliyin təmin olunması üçün qəti tədbirlərin zəruri olduğunu bildirdilər.

“İzvestiya” qəzeti (Rusiya): Rusiya Xarici İşlər Nazirliyi Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı – OPCW-dən geriçəkilmə qərarı vermənin erkən olduğunu düşünür.

TASS Agentliyi (Rusiya): Yaponiya Xarici İşlər Nazirliyi bildirib: “Rusiya ilə bağlanacaq sülh sazişi Rusiya tərəfindən hərbi təzminat ödənilməsi məsələsini də nəzərdə tutur.

 



Әlaqәli Xәbәrlәr