Xarici mətbuat

Dünya mətbuatından bəzi xəbər başlıqları.

1138129
Xarici mətbuat

AZƏRTAC (Azərbaycan): “Qafqazşünaslar Bakıda toplaşacaqlar”

Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə mayın 23-24-də Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu keçiriləcək.

 

Trend İnformasiya Agentliyi (Azərbaycan): “Tramp: İran nüvə razılaşmasına riayət etmir”

Kaspi.az (Azərbaycan): “ Tramp ABŞ-ın kəşfiyyat xidməti orqanlarına inanmadığını bildirib”

 

"Ahbar Al-Khalij" (Bəhreyn): "Papanın Birləşmiş Ərəb Əmirliklərinə tarixi səfəri"

 

 "Alsharq Alawsat" (Səudiyyə Ərəbistanı-ingilis dilində): "İran əleyhinə yazıları ilə tanınan iraqlı yazara sui-qəsd təşkil olunması ictimaiyyətdə böyük əks-sədalara səbəb oldu".

 

"Al-Raya Al-Katariya" (Qətər): "Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçi cinayəti ilə bağlı istintaq müddətini uzatmaq üçün qəsdən səsvermə siyasəti yürüdür".

   

"Le Fiqaro" (Fransa): "Paris Yanğından Mühafizə Xidməti: Yanğınsöndürənlərə qarşı hücumlar 60% artıb"

 

 "Le Parisien" (Fransa): "Makronun nəzərdə tutduğu referendum rəsmi olaraq açıqlanmadan tənqid edilir"

 

 "Le Monde" (Fransa): "Futbolçu Emiliano Salanın uçduğu təyyarə tapıldı"

  

ARD Televiziyası: "Maduro və Ərdoğan ABŞ-a qarşı ittifaqdadırlar. Prezident Ərdoğan Venesuela prezidenti Maduronun yanındadər. Səbəbi: Maduro 2016-ci ildəki çevriliş cəhdindən sonra Türkiyəyə həmrəylik nümayiş etdirdi".

 

 DW (Almaniyanın Səsi): "Merkel Yaponiyaya gedir. Kansler Merkel iki günlük səfərində böhranların həlli və azad dünya ticarəti mövzularında bəzi ismarışlar verəcək. Merkel çərşənbə axşamı günü İmperator Akihito və İmperatriça tərəfindən qəbul ediləcək".

 

 "Stern" jurnalı: "Uçuşlar üçün böyük təhlükə: PUA-lar uçuşlara təhlükə yaradır. Təyyarələr və sayı getdikcə artan PUA-lar daha tez-tez qarşılaşırlar. "Gatwick" hava limanının bağlanması da  dronların uçuşlara  təhlükə yaratdığını göstərir. Bu təhlükəsizlik riski indiyə qədər həm sərnişinlər, həm də siyasətçilər tərəfindən nəzərə alınmayıb.

   

 "İzvestiya" qəzeti (Rusiya): "Fövqəladə Hallar Nazirliyi Moskvadakı yanğında 4 nəfərin həlak olduğunu təsdiq etdi"

 

 TASS informasiya agentliyi (Rusiya): "Ukraynada prezident seçkiləri üçün namizədlərin müraciəti prosedurları başa çatıb. Qeydə alınmış namizədlərin siyahısı ən gec 9 fevralda açıqlanacaq".

 

"RİA Novosti" agentliyi (Rusiya): "Rusiyada ilk supersonik kosmik dronunun görüntüsü yayımlandı"



Әlaqәli Xәbәrlәr