Xarici mətbuat

Dünya mətbuatında bu gün çıxan bəzi başlıqlar.

1130573
Xarici mətbuat

AZƏRTAC (Azərbaycan) : “Bakıda İsveçrə və Azərbaycan fotoqraflarının sərgisi açılacaq”

 

Trend İnformasiya Agentliyi (Azərbaycan): “Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər”

 

Kaspi.az (Azərbaycan): “Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə edəcəklər”

 

"Le Monde": "Suriyada kürd və amerikan qüvvələrini hədəf alan hücuma görə məsuliyyəti DEAŞ üzərinə götürdü"

 

"Libération": "Suriyada İsrail-İran üzləşməsi: "sözlü və əməli gərginlik"

 

 "Le Fiqaro": "Fransız hökuməti Suriyada təsirini qorumaq üçün mübarizə aparır"

  

 "El Mundo" (İspaniya):  "Julen əməliyyatı: Şaquli tunel başa çatdırılıb, 13 yanvardan bəri quyuda qalanl Julenin xilas edilməsinə çox az qaldı"

 

 "El Clarin" (Argentina): "Venesuelada hərbi üsyan yatırıldı, üsyan çağırışı edən əsgərlər həbs olundular"

 

 "El Heraldo" (Kolumbiya): "Federika Mogherini: "Boqotadakı ELN  hücumu FARC ilə bağlanan sülh müqaviləsinə təsir etməyəcək".

 

 "DW-Deutsche Welle" (Almaniyanın səsi, Almaniya): - "Fransa münasibətləri"

 

 Yeni Yelisey müqaviləsi ilə Almaniya ilə Fransa arasında dostluq jestləri çoxaldı. İndi bunlara yeniləri əlavə olundu. Yelisey müqaviləsində aparılacaq dəyişikliklərlə Almaniya -Fransa dostluğu dərinləşəcək və Aİ islahatları hazırlanacaq.

 

 "Handels-blatt" : Dünya İqtisadiyyat Forumu Davos 2019: Dünya iqtisadiyyatında əyləcə basıldı - Almaniya ən böyük geriləmə ilə üzləşə bilər. Dünya iqtisadiyyatında durğunlaşma: Çinin böyümə sürəti azalmağa başladı, "Brexit" və İtaliya böhranı Avropaya təsir edir. Bunlardan ən çox Almaniya təsirlənir.

 

 "Augsburger Allgemeine" qəzeti: Türkiyə deportasiya etdi: Augsburglu bir nəfər terror şübhəsi ilə həbs edildi. Bu şəxsin 2017-ci ilin yayında Türkiyə üzərindən Suriyadakı terror düşərgəsinə getməyə cəhd göstərərkən yaxalandığı və Bavariyaya göndərildiyi açıqlandı.



Әlaqәli Xәbәrlәr