Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

1102492
Xarici mətbuat

Fransa Le Point jurnalı: Prezident Rəcəb Tayyib Ərdoğan Karakasda verdiyi açıqlamada, Amerikanın sanksiyaları və iqtisadi böhran ilə qarşı-qarşıya qalan Venesuelanın Dövlət Başçısı Nicolas Maduroya dəstəyini bildirdi.

Rusiya İzvestiya qəzeti: Kremlin sözçüsü Dmitriy Peskov Türkiyə, Rusiya, Almaniya, Fransanın iştirakıyla Suriya məsələsinin müzakirə edəcəyi dörtlü toplantının keçirilməsi mövzusunda razılıq əldə edildiyini, yığıncağın yaxın gələcəkdə Türkiyədə keçiriləcəyini bildirib.

Rusiya Rossiyskaya qazeta: Moskvada tələbələrlə bir araya gələn Rusiya prezidentinin mətbuat sözçüsü özünə ünvanlanan ‘Türk dilini nə üçün öyrəndiniz’ suala, "Türkiyədə təkcə dil yox, dil ilə yanaşı ölkə mədəniyyətini, ənənələrini də öyridirlər. Türk dilini öyrəndikdi isə ölkəyə qarşı sevginiz də artır”-deyə cavab verib.

Almaniya, Handelsblatt-Internet xəbər: Türkiyənin milli imkanlarla silah istehsal  etməsi  təqdirə şayandır. Türkiyə istifadə etdiyi silahları istehsal edərək həm xaricə asılılıqdan xilas olur həm də silah ixrac edən ölkələr arasındakı mövqeyini gücləndirir.

İngiltərə The Independent qəzeti: İstanbul Prokurorluğu, Camal Xaşoqçi cinayətiylə bağlı Səudiyyə vəliəhd Şahzadə Bin Səlmanın keçmiş müşaviri Saud əl-Kahtani və Kəşfiyyat Başçının müavini Əhməd Asırinin tutulması hökmünü verib.

Fransa xəbər agentliyi AFP: Amerikalı aktyor Sean Penn, Camal Xaşoqçi ilə əlaqədar sənədli film çəkmək üçün İstanbula gəldi.

Avstriya Kleine Zeitung qəzeti: Avropa İttifaqı ölkələri və Avropa Parlamenti, 2019-ci il büdcəsi mövzusunda mütabiq qaldı.

Rusiya Ria Novosti xəbər agentliyi: Rusiya Kənd Təsərrüfatı Nazirliyi Rusiya bazarında ən çox seçim edilən məhsulların arasında Türk tərəvəzinin olduğunu bildirib.

Voice of America: İzmirin Urla rayonuna bağlı Uzunkuyu kəndindəki KÖSTEK Zeytunyağı Muzeyində zeytun yağının minlərlə illik macərasını bir arada görmək olar. Həmin muzeyə turistlərin marağı hər ötən gün artır.

 

 



Әlaqәli Xәbәrlәr