Həftəlik xarici mətbuat, 23.11.2018

Almaniya, “Frankfurter Allgemeine Zeitung” qəzeti,  ABŞ, “Associated Press” (AP) xəbər agentliyi, İngiltərə, “Reuters” xəbər agentliyi,  Rusiya, “İnterfax” xəbər agentliyi və s.

1093553
Həftəlik xarici mətbuat, 23.11.2018

  Almaniya, “Frankfurter Allgemeine Zeitung” qəzeti: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Haqları Məhkəməsinin Selahattin Demirtaş qətnaməsinin əsası olmadığını deyib.

  ABŞ, “Associated Press” (AP) xəbər agentliyi: Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp rəhbərliyinin yüksək səviyyəli rəsmilərinə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli şəxslərin Türkiyəyə ekstradisiya tələbini çatdırdı.

  İngiltərə, “Reuters” xəbər agentliyi: Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin jurnalist Camal Xaşoqcınin öldürülməsi məsələsində Səudiyyə Ərəbistanının bəyanatlarından qane olmadıqlarını bildirib.

  Rusiya, “İnterfax” xəbər agentliyi: Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiya ilə S-400 raket sistemi müqaviləsini tamamladığını və müqavilənin ləğv edilməyəcəyini açıqlayıb.

  Çin, “Renmin Ribao” qəzeti: Çinin Siçuan Hava Yolları 2019-cu ilin 1 may tarixindən etibarən Çenqdudan İstanbula birbaşa uçuş reysləri təşkil etməyi planlaşdırır. Gediş-gəliş olmaqla üzrə həftədə 4 uçuş həyata keçiriləcək.

  Fransa, “Le Monde” qəzeti: Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak Türkiyə iqtisadiyyatına qarşı hücumların artmasına baxmayaraq, iqtisadiyyatda sürətli yüksəlişin olduğunu vurğulayıb.

  Rusiya, “Kommersant” qəzeti: Rusiya qazını Qara dəniz və Türkiyə üzərindən Avropaya daşıyacaq “Türk axını” layihəsinin dənizdən keçən hissəsi tamamlanıb. Təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin birlikdə iştirak edib.

  Rusiya, “Ria Novosti” xəbər agentliyi: Türkiyənin Prezident Aparatı sözçüsü İbrahim Kalın Rusiya və Türkiyənin İdlibdə atəşkəsi təmin edərək insanı fəlakətinin qarşısını aldıqlarını deyib.

  İran, Fars xəbər agentliyi: Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Amerika Birləşmiş Ştatlarının İrana qarşı iqtisadi təzyiqlərini tənqid edərək bu cəhdlərin Qərb Asiya regionunun vəziyyətinə mənfi təsir edəcəyini bildirib.

  ABŞ, AP xəbər agentliyi: Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd ibn Salmanla bu ayın sonlarında Buenos-Ayresdəki G 20 Sammitində bir araya gəlib-gəlməyəcəyilə bağlı "Proqramı nəzərdən keçiririk, bu mümkün ola bilər" deyib.

  Rusiya, “Rusiyanın səsi” radiosu: Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini (Federica Mogheri) və Qonşuluq Siyasəti və Genişlənmə Müzakirələri üzrə Avropa İttifaqının komissarı Yohannes Hahn (Johannes Hahn) ilə bir araya gəlib. M.Çavuşoğlu terrorla mübarizənin bütün tərəflər üçün əhəmiyyətli olduğunu qeyd edərək "Avropa İttifaqından terrorçuluqla mübarizədə də konkret dəstək gözləyirik" deyib.



Әlaqәli Xәbәrlәr