Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

1089027
Xarici Mətbuat

Rusiyanın Səsi Radiosu: Rus təbii qazını Qara dəniz və Türkiyə üzərindən Avropaya çatdıracaq Türk Axını təbii qaz boru xəttinin dənizin dibindən çəkilən hissəsi 19 Noyabrda tamamlanacaq. Xətt, İstanbulda təşkil ediləcək mərasimlə istifadəyə veriləcək. Prezident Rəcəb Tayyıb Ərdoğanın ev sahibliyi edəcəyi mərasimə Rusiya prezidenti Vladimir Putin də qatılacaq.

ABŞ, xəbər agentliyi Associated Press: Şimali Kipr Türk Respublikası prezidenti Mustafa Akıncı, Aralıq dənizinin şərqindəki qazın bazarlara çatdırılmasında ən iqtisadi , sürətli və məntiqli güzərgahın Türkiyə olduğunu ifadə edərək qeyd edib ki, ‘belə layihələr həyata keçirilməzdən əvvəl Kiprdə sülh razılaşması əldə edilməlidir. Bu bütün tərəflərin mənfəətinə olar’.

Qətər Əl-Cəzirə telekanalı: Prezident Rəcəb Tayyib Ərdoğan, Camal
Xaşoqçi cinayətiylə əlaqəli səs qeydlərini itəyən ölkələrə təqdim etdiklərini bildirib.

İran, xəbər agentliyi Fars : Türkiyə, Qırğızıstan Silahlı Qüvvələrinə yardım miqdarını iki dəfə artıracaq. Türkiyə, Qırğızıstan silahlı qüvvələrinə texnika, maşın, sənaye cihazlar və səhiyyə ləvazimatı başda olmaqla maliyyə yardım təmin edər

Fransa, informasiya agentliyi AFP: Türkiyə, İtaliyada keçirilən Liviya konfransını tərk etdi. Buna beynəlxalq cəmiyyətin Liviyadakı siyasi böhranın sona çatdırılması uğrunda əməkdaşlıq etmədiyini səbəb göstərdi.

Avstriya, Kronen qəzeti: Avropada bəzi intellektuallara görə, təxminən 3,6 milyon Suriyalı miqranta ev sahibliyi edən Türkiyəyə təşəkkür bir borcdur.

İran xəbər agentliyi İRNA: Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu İrana tətbiq olunan sanksiyaların müsbət qarşılamadıqlarını, bunun atılan doğru addım olmadığını qeyd edib.



Әlaqәli Xәbәrlәr