Xarici mətbuat
Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Fransa, informasiya agentliyi AFP: Prezident Rəcəb Tayyib Ərdoğan, Səudiyyə jurnalist Camal Xaşoqçi cinayətini törədənlərin məhz onlarla əməkdaşlıq edənlərin cəzalandırılmalarının lazım gəldiyini bildirib.
Almaniya xəbər agentliyi DPA: Prezident Ərdoğan, Camal Xaşoqçi cinayəti ilə bağlı açıqlamasında jurnalistin planlı cinayət qurbanı olduğuna diqqət çəkib.
İtaliya, La Stampa qəzeti: Prezident Ərdoğan, Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləzizdən tələb edib ki, jurnalist Camal Xaşoqçi cinayətiylə əlaqəli bütün şübhəlilər Türkiyədə mühakimə edilsinlər.
ABŞ, Associated Press (AP): Səudiyyə prokurorların açıqlamasında, Türkiyənin əldə etdiyi dəlillər Camal Xaşoqçinin daha əvvəl hazırlanmış plan çərçivəsində öldürüldüyünü göz önünə sərir deyiblər.
Rusiya, rəsmi xəbər agentliyi Ria Novosti: Xarici işlər naziri Çavuşoğlu bildirib ki, Türkiyəyə görə Səudiyyə jurnalist Camal Xaşoqçi cinayetiyle əlaqədar beynəlxalq istintaqa zərurət yoxdur.
Çin, internet saytı Xinlang: Prezidentin sözçüsü İbrahim Kalın qeyd edib ki, Türkiyənin dəvətinə görə Rusiya, Fransa və Almaniya liderlərinin iştirakı ilə 27 Oktyabrda İstanbulda dörttərəfli yığıncaq keçiriləcək. Toplantıda Suriya məsələsi müzakirə olunacaq.
Voice of Amerika: Prezident sözçüsü İbrahim Kalının məlumatına görə Türkiyə və Amerika əsgərlərinin Qaziantepdə davam edən ortaq kurslarının qarşıdakı günlərdə tamamlanmasından sonra Suriyanın Menbiç bölgəsində ortaq patrul fəaliyyətlərə başlanacaq.
İran informasiya agentliyi ISNA: Milli müdafiə naziri Hulusi Akar, Suriyanın İdlib şəhərində dinç sakinlərin yaşadıqları bir bölgədən ağır texnikaların çıxarıldığını qeyd edib.
İngiltərə, xəbər agentliyi Reuters: Milli müdafiə naziri Hulusi Akar bildirib ki, Yunanıstanın Türk gəmilərinin Şərqi Aralıq dənizindəki neft axtarma fəaliyyətlərinə müdaxilə etməsinə icazə vermiyəcəyik.
Rusiya Ria Novosti: Xarici İşlər Nazirliyi Ege dənizində iki tərəfli müqavilələr olmazdan heç bir addımın atılmasına icazə vermiyəcəklərini, Yunanıstanın Ankara səfirliyinə mövzu ilə əlaqəli xəbərdarlıq verildiyini qeyd edib.
Almaniya, DPA: Türkiyə, Rusiyadan satın alınan S-400 havadan müdafiə sistemlərinin quraşdırılmasına dair hazırlıqlara başlayıb. 2019-cu ilin oktyabr ayından etibarən sistem quraşdırılacaq.
Yaponiya İqtisadiyyat qəzeti, Nihon Keizai Shimbun: Türk kəşfiyyatı, Suriyada təxminən 3 ildir terrorçular tərəfindən girov götürülən Yapon jurnalist Junpei Yasudanı xilas edərək Türkiyəyə gətirdikdən sonra ölkəsinə yola salındı.
Rusiyanın Səsi Radiosu: Türk Axını Təbii Qaz Boru Xətti Proyektinin qurudan keçən hissəsinin Türkiyə ərazilərindəki ikinci qolunun inşasına 2019-cu ildə başlanacaq.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar