Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

1071843
Xarici mətbuat

İran xəbər agentliyi Fars: Milli müdafiə naziri Hulusi Akar 15 oktyabrda verdiyi açıqlamada bildirib ki, Suriyanın Münbic bölgəsində Amerika Birləşmiş Ştatları -Türkiyə qüvvəlirinin patrul vəzifəsi, qarşıdakı günlərdə başlayacaq.

Rusiya informasiya agentliyi Ria Novosti: Rusiyanın vitse-prezidenti Yuri Uşakovun sözlərinə görə Rusiya, Fransa, Almaniya və Türkiyə liderlərinin dördtərəfli yığıncağı yaxın tarixdə keçiriləcək.

Azərbaycan Xəbər agentliyi Səs: Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu vurğulayıb ki, Münbicdən terrorçuların təmizlənməsi kifayət etməz. Fəratın şərq əraziləri də quldurlardan təmizlənməlidir, ABŞ-ın bununla bağlı vədləri var.

Rusiya xəbər agentliyi Ria Novosti: Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, Türkiyə-Rusiya arasındakı mütabiqət çərçivəsində, İdlibdə silahdan təmizlənmiş bölgədən ağır silahlar da problemsiz çıxarıldı deyib.

Rusiya, informasiya agentliyi Sputnik: Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Rusiya və Türkiyənin imzaladıqları ‘İdlibdə silahdan təmizlənmiş zona yaradılmasını’ nəzərdə tutan razılaşma çərçivəsində, Ankara müxalifləri bu sahədə əməkdaşlığa çağırıb.

 Voice of America (VOA): ABŞ dövlət departamentinin rəhbəri Mike Pompeo Ankara səfəri çərçivəsində, prezident Ərdoğan tərəfindən qəbul edildi. Xarici işlər naziri M. Çavuşoğlu ilə bir araya gəldi. ABŞ dövlət katibinə danışıqlar zamanı, iki ölkə arasındakı münasibətlərin yaxşılaşması üçün, Suriyada Münbiç yol xəritəsinin həyata keçirilməsi və sanksiya tətbiqinin dayandırılmasına dair addımların atılması haqqında çağırış edib.

İran xəbər agentliyi IRNA: Qətər Müdafiə naziri və Baş nazir müavini Xalid bin Məhəmməd əl Atiyyə ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıq olub. Görüş zamanı, iki ölkə arasındakı hərbi əlaqələr müzakirə edilib.

Almaniya informasiya agentliyi DPA: Amerika Birləşmiş Ştatları dövlət katibi Mike Pompeo, ABŞ-lı keşiş Andrew Brunson sərbəst buraxıldıqdan sonra Türkiyəyə tətbiq olunan müəyyən sanksiyaların ləğv edilə biləcəyini qeyd edib.

Almaniya media orqanı Deutsche Welle (DW): Dünyada tanınmış məşhur fotoğraflardan 90 yaşlı Ara Güler, müalicə olunduğu xəstəxanada həyatını itirdi. Gülər, çəkdiyi İstanbul və Picasso, Dali kimi rəssamların fotoşəkilləriylə şöhrətə qovuşdu.

İran, Radio və İnternet Saytı Pars Today: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Səudiyyəli jurnalist Camal Qaşıqçı hadisəsi ilə əlaqəli, Səudiyyə Ərəbistanı Baş konsulluğunda vəzifəli olanların ifadələrinin alına biləcəyini bil



Әlaqәli Xәbәrlәr