Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

1049447
Xarici mətbuat

Almaniya DPA mətbuat agentliyi: 2013-cü il Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda həyata keçirilən bombalı hücumun cinayətkarı Türk kəşfiyatının uğurlu əməliyyatı ilə Suriyada tutuldu. Suriyanın Lazkiyə şəhərində tutulan terrorist, hücum ilə əlaqəli Suriya rejiminin kəşfiyyat xidmətindən göstəriş aldığını etiraf edib.

ABŞ, Associated Press (AP) Xəbər Agentliyi: Türkiyə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Polşanın paytaxtı Varşavadaki konfransı boykot etdi. Buna Türkiyə əleyhinə fəaliyyət edən terror qruplaşmaları ilə münasibətləri səbəb göstərdi.

Fransa AFP xəbər agentliyi: Türkiyə, Amerika Birləşmiş Ştatları (ABŞ)-nin Vaşinqtondakı Fələstin nümayəndəliyini bağlama qərarına, “tədbir Amerika rəhbərliyinin tərəfsizliyini itirdiyinin göstəricisidir’ deyə münasibət bildirib.

Rusiyanın səsi radiosu: Prezident Rəcəb Tayyıb Ərdoğanın Türk lirasınin dəyərinin qorunmasını nəzərdə tutan qərar dövlət qəzetində dərc olaraq qüvvəyə mindi. Qərara görə, hər cür qiymətli kağızlar, daşınmaz əmlak alqı-satqısı və kirayəsi üçün xarici valyutanın əvəzinə Türk lirası istifadə ediləcək.

Almaniya, Deutsche Welle (DW) media quruluşu: Dünya Sağlamlıq Təşkilatının hesabatına görə Türkiyədə orta hesaba görə insan ömrü 78 dir. Araşdırmaya görə Avropa ölkələrində insanların orta hesaba görə ömrü Türkiyədən daha azdır.

CNN beynəlxalq veriliş orqanı: Türkiyənin Gümüşhanə şəhərində Roma dövrünə məxsus 2 min illik əsərlər gün işığını çıxarılıb.

İngiltərə Reuters xəbər agentliyi: Türkiyə ilə Sudan arasında 100 milyon dollarlıq razılaşma imzalanıb.

Çin rəsmi xəbər agentliyi Xinhua: Türkiyə iqtisadiyyatı ilin ikinci dörddəbirdə 5,2% böyüdü. Bunda İxrac və turizmin güclü təsiri olduğu bildirilib.

Rusiya Səs Radiosu: Milli Müdafiə naziri Hulusi Akar, Rusiya və Bəşər Əsəd rejiminə xəbərdarlıq edib ki, Suriyanın İdlib bölgəsinə hərbi əməliyyat bölgədəki vəziyyətin daha da pisləşməsinə gətirib çıxarar.



Әlaqәli Xәbәrlәr