Xarici mətbuat

Türkiyinin gündimindiki əsas mövzular xaric mətbuat və veriliş orqanlarında

963921
Xarici mətbuat

İngiltərə Reuters Xəbər Agentliyi: Xarici işlər naziri Mevlüt Çavuşoğlu şənbə günü, İran və Rusiyisa xarici işlər nazirləri ilə bir araya gəlib. Rusiyanın paytaxtı Moskvada baş tutan üçtərəfli yığıncaqda Suriyada hərbi həll yolunun leqal olmadığı və daimi ola bilməyəcəyi vurğulanıb.

İran informasiya agentliyi Fars: “Türkiyə ilə Özbəkistan arasında müxtilif sahələrdə əməkdaşlıq edilməsini nəzərdə tutan 24 razılaşma imzalanıb.

Rusiya Sputnikk İnternet Saytı: "Türkiyədə ixracat həcmi Aprel ayında 2017-ci ilin müvafiq dövrünə müqayisədə 15% artaraq 13 milyard 549 milyon dollara çatıb. Son 12 aylıq ixracat dövrüyəsi isə 161.1 milyard dollar olub.

Çin veriliş orqanı Xinhua: "Türkiyənin turizmdən əldə etdiyi gəlir ilin ilk üç ayında böyük nisbətdə artıb.

ABŞ Beynəlxalq Xəbər telekanalı CNN: Güləş üzrə Avropa Çempionatında Rza Kayaalp Çempion olub.

Rusiya Sputnik İnternet Saytı: Prezident Rəcəb Tayyib Ərdoğan ilə Cənubi Koreya lideri Moon Jae-in rəhbərliyində baş tutan geniştərkibli danışıqlardan sonra 4 razılaşma imzalanıb.

Fransa informasiya agentliyi AFP: 24 iyunda keçiriləcək preziden seçkilərində Ədalət və İnkişaf Partiyasını, namizədliyi irəli sürülən Prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək.

Rusiya, rəsmi xəbər agentliyi Ria Novosti: Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy vurğulayıb ki, Ankara rəsmi Tehranın nüvə razılaşmasına sadiq qaldığına inanır və bu səbəbdən mühafizə edilməsini istəyir.

Çin, www.163.com, internet xəbər: Türkiyənin qızıl ehtiyatı 564,8 tona çatıb. Bu da Türkiyənin qızıl bazarında güclü mövqe əldə edəcəyi ümidini artırıb.

ABŞ, Defense News Jurnalı: Türkiyə daha uzun mənzilli qurudan quruya raket əldə etməyə başlayıb. Ancaq mənzilin nə qədər olacağına dair hələ ki konkret məlumat yoxdur.



Әlaqәli Xәbәrlәr