Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

959680
Xarici mətbuat

BBC-nin Türk dilindəki İnternet Saytı: İngiltərənin nəhəng səyahət agentliyi Thomas Cooka görə Türkiyə 2018-ci ilin yay fəslində İngilis turistlərin istirahət üçün ən çox seçdikləri ölkə olub.

Krım QHA Xəbər Agentliyi: Türkiyədə kitab oxuma nisbəti Avropa ölkələrindən daha çoxdur. Agentliyin başqa bir xəbərində isə Türkiyəyə gələn Ukraynalı turist sayında artımın davam etdiyinə diqqət çəkilib.

Rusiya Ria Novosti xəbər agentliyi: Rusiya, Türkiyəyə satdığı S-400 raket təhlükəsinə qarşı müdafiə sistemlərin istehsalına başlayıb.

Gürcüstan Interpressnews internet səhifəsi: Baş nazir Binali Yıldırım, İspaniyada, Avropa Şurası Parlament Assambleyasının tənqidlərinə "öz işinə baxsa daha yaxşı olar. Seçimi Türkiyə edəcək, Avropa Şurası deyil” deyə sərt reaksiya verib.

Almaniya DW İnternet Saytı: Türkiyə, ABŞ prezidenti Donald Trampın 1915-ci ildə cərəyan edən hadisələr ilə əlaqəli sözlərinin səhv və qəbul edilməz olduğunu bildirib.

Rusiya informasiya agentliyi Ria Novosti: Türkiyə, Rusiya və İran xarici işlər nazirləri 28 Aprel Şənbə günü paytaxt Moskvada bir araya gələrək Suriya məsələsini müzakirə edəcəklər.

İspaniya El Mundo qəzeti: Baş nazir Binalil Yıldırım Türkiyənin Avropanı qorumaq üçün ağır bədəl ödədiyini vurğulayıb.

Azərbaycan APA yayım orqanı: Prezident Rəcəb Tayyib Ərdoğan, Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyinə diqqət çəkib.

Rusiya Sputnik Veb Saytı: Milli hərbi Təyyarə satın alınmasına dair razılaşma imzalandı. Təyyarə, 2030-cu ildə Türkiyə Silahlı Qüvvələrinin tərkibində olacaq.



Әlaqәli Xәbәrlәr