Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

911914
Xarici Mətbuat

ABŞ Turkish American İnternet səhifəsində əks edən xəbərdə Baş nazir Binalı Yıldırımın “Artıq Amerika Birləşmiş Ştatları məsələləri ətraflı təhlil edib doğru qərarlar qəbul etməlidir” sözünə diqqət çəkilib. Xəbərdə Xarici İşlər Naziri Çavuşoğlunun Türkiyə-Amerika Birləşmiş Ştatları münasibətlərinə dair açıqlamasında, “Əlaqələrimiz çox kritik bir məqamda. Ya münasibətləri düzəldəcəyik ya bu əlaqələr tamamilə pozulacaq” dediyi xatırladılıb.

Səhifədə yerləşdirilmiş başqa bir xəbərdə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Kıbrıs Rum icmasının Aralıq Dənizdə tək tərəfli qaz axtarma fəaliyyətlərinə, "Cənub sərhədlərimizdə yanlış səhv yolda  olanların ssenarilərini pozduğumuz kimi, onların hesabını da pozarıq” sözləri ilə sərt reaksiya verdiyi  xatırladılıb. Xəbərdə həmçinin bildirilib ki, Xarici işlər Naziri Mövlud Çavuşoğlu, İraqın yenidən bərpa işlərinə yardım məqsədiylə Türkiyənin 5 milyard dollar kredit verəbiləcəyini qeyd edib.

Rusiya xəbər agentliyi Ria Novosti: Başbakan Binalı Yıldırım Türkiyə Silahlı Qüvvələrinin (ASQ) Suriyanın Afrin bölgəsinə istiqamətli başlatdığı Zeytun Budağı əməliyyat mövzusunda bazarlıq etməyəcəklərini qeyd edib.

Fransa xəbər agentliyi: Xarici işlər naziri Mövlud Çavuşoğlu, Türk-Amerika Birləşmiş Ştatları (ABŞ) əlaqələrinin həssas bir nöqtədə olduğuna diqqət çəkib.

ABŞ informasiya agentliyi AP: Baş nazir Binalı Yıldırım, Makedoniyanın rəsmi adının Yunanıstan tərəfindən müəyyən edilməsinin səhv olacağını bildirib.

Krım QHA Xəbər Ajansı: İcadçı, İnvestor və Spacexin yaradıcısı, Tesla Motors ilə Paypalın qurucu ortaqlarından olan Elon Musk bildirib ki, kosmosa avtomobil göndərildi, Teslanın yeni dayanacağı Türkiyə olacaq. Yunus Əmrə İnstitutu (YEE) Xartum Mədəniyyət Mərkəzində başlayan Türk Dili kurslarına ən çox Sudanlıların maraq göstərdiyini bildirən agentlik, Avropa İttifaqı Naziri Ömər Çəlikin, Avropa Şurası Baş Katibi Thorbyorn ilə bir araya gəldiyinə və Türkiye ilə Belarus arasında yeni müqavilələr imzalandığına diqqət çəkib.

Media orqanı BBC: Prezident Rəcəb Tayyib Ərdoğan, Qıbırs Rum icmasının Şərqi Aralıq Dənizdə tək tərəfli qaz axtarma fəaliyyətlərinə və Yunanıstanın da Egey dənizindəki pozuntularına ‘həddinizi aşmayın’ deyərək sərt reaksiya verib.

Pakistan Radiosu: Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Suud arasında baş tutan telefon danışığında iki ölkə arasındakı münasibətlər və Suriya məsələsi müzakirə olunub.

İtaliyanın ANSAMED qəzeti: Xarici işlər Naziri Mövlud Çavuşoğlu Küveytə səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) Ali Nümayəndəsi Federica Mogherini ile görüşüb.

Rusiya Sputnik İnternet saytı: Baş nazir Bınali Yıldırım “Egey Dənizi” Türkiyə ilə Yunanıstan arasında dostluq dənizi olmalıdır deyib.

Almaniyanın DW internet Sitesi: Baş nazir B.Yıldırım Almaniya kansleri Merkel ilə keçirdiyi görüşdə, keçmişi unudum, giləcəyə baxmalıyıq deyib.

 



Әlaqәli Xәbәrlәr