Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

907037
Xarici Mətbuat

İran informasiya agentliyi Fars: İran Milli Qaz Şirkətinin Baş direktoru Həmid Rza İraqi, İranın Türkiyəyə qaz borcunun ödənilməsi mövzusu ilə əlaqəli ixtirafa son qoyulduğunu bildirərkən, İran dövlət başçısı Həsən Ruhani də vurğulayıb ki, Türkiyə ilə əlaqələri  inkişaf etdirmək, İranın izlədiyi xarici siyasətin bir  hissəsidir. Agentlik, Türkiyə və Özbəkistan prezidentləri arasında baş tutan telefon danışığında  isə Ankara və Taşkənt arasındakı əlaqələrin çox tərəfli inkişaf etdirilməsinə dair atılası addımların müzakirə edildiyinə diqqət çəkib.

Fransa,xəbər agentliyi AFP: Vatikana rəsmi səfərə gedən prezident R.T.Ərdoğan, Katoliklərin ruhani lideri Papa Franciscus ilə görüşüb.

Gürcüstan, Interpressnews Agentliyi: Baş nazir Binali Yıldırım, Zeytin Budağı əməliyyatının əsas məqsədinin, Türkiyənin milli təhlükəsizliyini bərpa etmək olduğunu hər platformada səsləndirir.

Turkish American New Xəbər Portalı: Türkiyədə 2017-ci il avtomotiv istehsalı 2016-cı ilə müqayisədə 13% artaraq 1 milyon 674 minə, avtomobil istehsalı isə 18% artımla 1 milyon 121 minə çatıb.

Amerikanın Səsi radiosunun Veb Saytı: Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ABŞ-ın terror təşkilatı YPG-yə verdiyi dəstəyin bölgədə təhlükənin artmasına səbəb olduğunu daha bir dəfə səsləndirib. Terrorist paltarı geyən hədəfimiz olur deyərək ABŞ-nı terror təşkilatı YPG mövzusunda xəbərdarlıq edib. Başqa bir xəbərdə isə Prezidentin sözçüsü İbrahim Kalının, Türkiyə vətəndaşlarına viza rejimi tətbiqinin ləğv edilməsi üçün Avropa İttifaqı tərəfindən nəzərdə tutulan  72 fakt  ilə   əlaqəli   işlərin  tamamlandığını  xatırlatdığını bildirib.

ABŞ xəbər agentliyi AP: Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının qrup iclasında ABŞ-na çağırış edib ki, hərbçilərini münbiçdən çıxarsın.

Almaniyanın DW Veb səhifə: Baş nazir müavini və hökumət sözçüsü Bəkir Bozdağ, Hollandiya ilə diplomatik əlaqələrin davam etdiyini qeyd edib.   Çavuşoğlu həmçinin bildirib ki, Amerika Birləşmiş Ştatları dövlət departamentinin rəhbəri Rex Tillerson Türkiyəyə reallaşdıracağı səfəri zamanı ABŞ-ın terror təşkilatı PYD-yə dəstəkdən imtina etməsini daha bir dəfə istəyəcəyik.

Almaniya informasiya agentliyi DPA Newsu da Avropa İttifaqı 26 Martda Bolqarıstanın Varna şəhərində keçiriləcək sammitə prezident R.T.Ərdoğanı dəvət edib.

Krım xəbər agentliyi QHA: Türkiyə 92 il ərzində Olimpiya, Dünya və Avropa çempionatlarında 512 medal qazanaraq, dünyada ən çox medal qazanan ölkələr arasına daxil olub. Agentliyin başqa bir xəbərində isə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Dövlət Başçısı Vladimir Putin arasında baş tutan telefon danışığında Afrin və İdlib başda olmaqla Suriyada cərəyan edən bir çox məsələnin müzakirə olunduğu bildirilib.

 



Әlaqәli Xәbәrlәr