Xarici Mətbuat

Türkiyənin gündəmindəki  əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

897703
Xarici Mətbuat

İRAN informasiya agentliyi Fars: Prezident Rəcəb Tayyib Ərdoğan, Türk Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində ‘PKK / KCK / PYD-YPG və DEAŞ-a’ mənsub terroristləri zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən azad etmək məqsədiylə başlatdığı Zuytun Budağı əməliyyatından geri addım atılmayacağını qeyd edib.

Gürcüstan, Interpressnews xəbər agentliyi: Baş naziri Binali Yıldırım Zeytun Budağı əməliyyatının məqsədi, Suriyanın Afrin bölgəsində deeskalyasiya zona yaratmaq olduğunu bildirib.

Almaniya xəbər agentliyi DPA: Baş nazir müavini Mehmet Şimşek, "İnvestorlarımız narahat olmasın. Afrin Əməliyyatı qısa müddətdə sonlandırılacaq. Əməliyyatın Büdcə və iqtisadiyyatımıza mənfi təsiri məhdud olacaq. Büdcəmiz güclüdür. Əməliyyat nəticəsində Türkiyəyə istiqamətli terror təhdidi azalacaq.

Rusiya informasiya agentliyi Tass: Rusiya, Afrinə istiqamətli başladılan Zuytun Budağı əməliyyatı mövzusunda Suriya və Türkiyə rəhbərliyiylə dialoq halında. Əməliyyatı diqqətlə izləyirik.

İngiltərə informasiya agentliyi Reuters: Xarici işlər naziri Mevlüt Çavuşoğlu Suriyanın şimalındakı Afrinə istiqamətli əməliyyat çərçivəsində Türkiyənin, Suriya, Rusiya ya da Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi qüvvələri ilə qarşı-qarşıya gəlmək istəmədiyini, ancaq öz təhlükəsizliyinin təmini üçün heç nədən imtina etmiyəcəyini deyib.

Rusiyanın Sesi Radyosu: Prezidentin sözçüsü İbrahim Kalının "Suriyanı işğal etmirik, terrorun kökünü kəsirik” sözünə diqqət çəkib.

Almaniya media quruluşu Deutsche Welle (Dw): Avropa Parlamentinin Türkiyə üzrə arayışçısı Piri, təşkil edilməsi planlaşdırılan Aİ-Türkiyə zirvə yığıncağına münasibət bildirib. O deyib ki, Məqsəd yalnız fotoşəkil çəkdirib danışıqlar etdiyimiz təəssüratı yaradmaqdırsa, bunun heç bir tərəfə faydası olmaz.

İran, informasiya agentliyi FARS: Rusiyanın Plehanov İqtisadiyyat Universitetinin müəllimi və hərbi ekspert Aleksandr Perenciyev, ABŞ-nın terroristlərə dəstəyi, Türkiyə-Rusiya əlaqələrinin daha da güclənməsində təsirli olduğunu vurğulayıb.

RUSİYA, xəbər agentliyi Ria Novosti: Prezident Tayyib Ərdoğan ilə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump arasında telefon danışığı olub. Cənab Ərdoğan görüş zamanı vurğulayıb ki, Suriyanın Afrin bölgəsinə başladılan Zeytun Budağı əməliyyatının yeganə məqsədi ölkənin milli təhlükəsizliyini bərpa etmək, Afrini terrorçulardan təmizləməkdir. Ərdoğan ABŞ-nı isə PKK / PYD / YPG terror təşkilatlarına dəstəyə son qoymağa çağırıb.

Gürcistan xəbər agentliyi İnterpressnew: Rusiya prezidenti Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Liderlər görüş zamanı Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsinə Türk Silahlı Qüvvələrinin başlatdığı Zuytun Budağı əməliyyatı başda olmaqla, Suriyadakı vəziyyəti müzakirə ediblər.

ABŞ informasiya agentliyi Ap: Prezident Rəcəb Tayyib Ərdoğan, Suriyanın Afrin bölgəsinə istiqamətli əməliyyatın uğurla davam etdiyin, son terroristin zərərsizləşdiriləcəyi vaxta dək davam edəcəyini vurğulayıb.

Rusiya media orqanı sputnik: Maliyyə naziri Naci Ağbal, Türk Silahlı Qüvvələrinin Afrinə istiqamətli başlatdığı Zeytun Budağı əməliyyatının 2018-ci ildə iqtisadiyyata töhvə verəcəyini qeyd edib.

Amerikanın Səsi Radyosu: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, ABŞ dövlət departamentinin rəhbəri Rex Tillersonın , Afrində 30 kilometrlik deeskalsiya zona yaradılmasını təklif etdiyini bildirib.

Çinin China International Radio CRI: 2018-ci il Çində Türkiyə Turizm ili elan edilib. Bu çərçivədə paytaxt Pekində Türk yeməkləri Həftəsi keçirilib. Tədbirin açılışında media nümayəndələri iştirak ediblər.

ABŞ, xəbər agentliyi AP: Baş nazir Binali Yıldırım vurğulayıb ki, Türkiyə hüdudları boyunca heç bir terror təşkilatının yerləşməsinə icazə vermiyəcəyik. Yıldırım, Türkiyənin Afrinə istiqamətli başlatdığı əməliyyatın başqa bölgələri də əhatə edəbiləcəyinin siqnalını verib.

Rusiya media orqanı Sputnik: İnkişaf naziri Lütfi Elvan, Zeytun Budağı əməliyyatının Türkiyə iqtisadiyyatına mənfi təsirinin olmayacağını, iqtisadiyyatın da TSQ kimi güçlü olduğunu qeyd edib.

Azərbaycan mediası: Prezident Rəcəb Tayyib Ərdoğan, “Zeytun Budağı əməliyyatının 6-cı günündə, Hataydakı Hərəkat Mərkəzinə baş çəkib. Korgeneral İsmayıl Mətin Təməl və digər rəsmilərdən məlumat alıb.

Almaniya informasiya agentliyi DPA: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Avstriyalı həmkarı Karin Kneissl ilə İstanbulda təşkil edilən mətbuat konfransında, Türkiyə ilə Avstriya arasında əməkdaşlığın inkişafının zəruri olduğunu qeyd edib.

Rusiya, Sputnik: Baş nazir müavini Məhmət Şimşək, Türkiyə və Rusiya arasında ticarətin milli pul vahidi ilə edilməsinə qıssa dövrdə keçiləcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr